Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Azərbaycanda vaksinasiya strategiyasının detalları açıqlandı - TAM MƏTN

Tarix: 18-01-2021 11:02   
Azərbaycanda vaksinasiya strategiyasının detalları açıqlandı
Nazirlər Kabineti “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nınTədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etsinlər və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. ÜST 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. Buna səbəb aşağıdakılardır:

-xəstəliyin sürətlə yayılması və əhatə dairəsinin geniş olması;

-ümumi xəstələnmə hallarının 20 faizi orta ağır, ağır və kritik kliniki gedişatlı və letallıq səviyyəsinin 3 faizdən yuxarı olması (bəzi ölkələrdə 10-15 faizə qədər);

-iqtisadi inkişafından asılı olaraq ölkələrin ictimai səhiyyə sistemlərinin yüksək səviyyədə yüklənməsi nəticəsində yaranmış pandemiyaya hazır olmaması; -yeni COVID-19 xəstəliyinə qarşı xüsusi müalicə üsullarının olmaması.

2020-ci il 27 fevral tarixindən COVID-19 xəstəliyinin qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Əksepidemik tədbirlərin dövlət tərəfindən idarə olunması nəticəsində mövcud vəziyyətin ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısı alınmışdır.

Bununla yanaşı pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli klinikaların istismara verilməsi, özəl klinikaların əksepidemik tədbirlərə cəlb olunması bu xəstəliyin müalicəsində lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Pandemiya şəraitində əhali arasında xəstələnmə hallarının digər ölkələrlə müqayisədə az olması, ölüm səviyyəsinin yüksək olmaması aparılmış əksepidemik tədbirlərin səmərəliliyini əks etdirir.

Azərbaycan Respublikasının ərazisində pandemiya başladığı dövrdən (2020-ci il 28 fevral tarixində ölkədə COVID-19-un ilk müsbət halı qeydə alınmışdır) 2021-ci ilin yanvar ayının 15-nə 226.549 nəfərdə yoluxma hadisəsi qeydə alınmışdır.

Yoluxanlar arasında xəstəliyi ağır keçirənlər 6 faiz, ölüm halı isə 1,1 faiz təşkil edir. Yanaşı xroniki xəstəlikləri, zərərli vərdişləri olan, 65 yaşdan yuxarı olan, ağır çəkili və immunsupressiv dərman istifadə edən və s. kimi xüsusiyyətləri ilə seçilən şəxslər bu xəstəliyi ağır formada keçirir və onlar arasında ölüm faizi yüksəkdir. Bu baxımdan əhali arasında yoluxma səviyyəsinin aşağı enməsi ilə yanaşı, yoluxan şəxslər arasında xəstəliyi kritik keçirənlərin sayının azaldılması da önəmlidir.

Pandemiyanın davam edilməsini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll etməsini nəzərə alaraq ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olmasını bəyan edilmişdir.

Hazırda bir sıra ölkələrdə yeni hazırlanmış vaksinlərin müxtəlif kliniki sınaq mərhələləri istiqamətində müşahidələr aparılır. Gözlənilir ki, vaksinasiya nəticəsində SARS-CoV-2 virusunun ötürülmə zəncirinin pozulması insanlar arasında xəstələnmə hallarının kəskin azalmasına və mövcud xəstəliyin səhiyyə sisteminə mənfi təsirinin aradan qaldırılmasına səbəb olacaqdır. COVID-19 xəstəliyinə qarşı hazırlanan vaksinlər mövcud vaksinlərdən fərqli olaraq yeni elmi platformalarda tam yeni molekulyar texnologiyalar əsasında işlənilib hazırlanılır. Gözlənilir ki, müsbət kliniki sınaqlar nəticəsində insan orqanizminə tam təhlükəsiz və virusa qarşı maksimal dərəcədə effektivliyi təsdiq olunduğu halda vaksinlərin istifadəyə verilməsi mümkün olacaqdır.

Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir.

Mövcud pandemiya şəraitində bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. Bunlardan biri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır ki, bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın(bundan sonra – Strategiya) qəbul edilməsini zəruri edir.

Strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir.

Strategiyanın qanunvericilik bazası
2.1. Strategiyanın qanunvericilik bazasının “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir. Bu Qanunun 3-cü maddəsinə əsasən immunoprofilaktika sahəsinə aid olan dövlət siyasətinin icrası aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 2.1.1. bütün vətəndaşlar üçün profilaktik peyvəndlərin zəruriliyi;

2.1.2. dövlət və bələdiyyə tibb müəssisələrində əhalinin profilaktik vaksinasiyasının pulsuz aparılması;

2.1.3. məqsədli dövlət proqramlarının və regional proqramların həyata

keçirilməsi;

2.1.4. müəyyən edilmiş vaksinlərin təhlükəsizliyinə, saxlanılmasına və daşınmasına dövlət nəzarəti;

2.1.5. COVID-19 vaksininin seçilməsi sahəsində dövlət nəzarəti;

2.1.6. vaksinasiyanın səmərəliliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi;

2.1.7. əhali arasında maarifləndirmə tədbirlərinin aparılması;

2.1.8. vaksinasiyaya hazırlıq mərhələsində tibb müəssisələrinin və tibb

işçilərinin hazırlığının təmin edilməsi;

2.1.9. vaksinasiya dövründə real əksgöstərişlər olduqda imtina səbəbinin yazılı şəkildə bildirilməsi;

2.1.10. gözlənilməyən və qeyri-müəyyən postvaksinal fəsadlar baş verdikdə vətəndaşların tibbi və sosial müdafiəsi;

2.1.11. vaksinasiyanın əhaliyə yarada biləcəyi fəsadların yaranma risklərinin nəzərə alınması;

2.1.12. mövcud statistik müşahidə sisteminin təkmilləşdirilməsi;

2.1.13. vaksinasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.

2.2. Həmin Qanunun 6-cı maddəsinə uyğun olaraq, profilaktik vaksinlərə aid tələblər sırasında vətəndaşların razılığı əsasında aparılması, həmçinin profilaktik vaksinlərin dövlət və bələdiyyə tibb müəssisələrində və ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razılıq alan hüququ və fiziki şəxslər tərəfindən aparılması müəyyən olunmuşdur. Profilaktik vaksin - yoluxucu xəstəliklərə qarşı spesifik immunitetin yaradılması üçün insan orqanizminə tibbi immunoloji preparatların yeridilməsidir.

Azərbaycan Respublikasında vaksinasiya tədbirlərinin keçirilməsinin iqtisadi əsaslandırılması
COVID-19 xəstəliyinin törədicisi SARS-CoV-2 virusunun əhatə dairəsinin və coğrafiyasının genişlənməsi qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına mənfi təsir etməklə iqtisadi tarazlığın pozulmasına gətirib çıxarmışdır. Ölkədə sosial təcrid tədbirləri nəticəsində iqtisadiyyatın əksər sahələrində yaranan çətinliklər işgüzar aktivliyə və iqtisadi artıma mənfi təsir göstərmişdir.

Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən və digər mənbələr hesabına bötüvlükdə təxminən 2,5 milyard manat vəsait ayrılmışdır.

Bununla belə, 2020-ci ildə əvvəlki illə müqayisədə ÜDM istehsalı 4,3 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda isə 2,6 faiz azalmış, ixracın həcmi ötən illə müqayisədə 30 faiz, o cümlədən qeyri-neft ixracı 5,2 faiz, idxalın həcmi isə 21,4 faiz azalmışdır. Ölkə əhalisinin 2020-ci ildə nominal gəlirləri əvvəlki illə müqayisədə 1,8 faiz azalmışdır.

Eyni zamanda, hazırda ölkədə pandemiyanın davam etməsi və son dövrlərdə xəstəliyin səviyyəsinin artması bu istiqamətdə hökumətdən əlavə iqtisadi və sosial dəstək paketinin icrasını, zərər çəkən iqtisadi sahələrin və sahibkarlıq subyektlərinin dəstəklənməsini, qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş stimullaşdırıcı tədbirlərin həyata keçirilməsini zəruri edir. Habelə, digər ölkələrdə də davamlı olaraq infeksiyanın sürətlə yayılmasının müşahidə edilməsi ölkə ərazisində sərt karantin tədbirlərinin yenidən tətbiqinə və sosial təcrid tədbirlərinin sərtləşdirilməsinə səbəb olur.

Ölkədə insanların sağlamlığının qorunması, az vəsaitlə pandemiyaya qarşı mübarizənin səmərəli təşkil edilməsi məqsədilə vaksinasiya tədbirlərinin həyata keçirilməsi daha məqsədəmüvafiq hesab edilir.

Strategiyanın məqsədi
4.1. Strategiyanın məqsədi hazırda geniş yayılmış COVİD-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır.

4.2. Strategiyanın digər məqsədi ilk mərhələdə Azərbaycan Respublikasının əhalisinin mühüm və yüksək risk qruplarının, növbəti mərhələdə isə 8-ci bölmədə qeyd olunan əhalinin digər qruplarının vaksinasiyasını həyata keçirməkdir.

Strategiyanın prinsipləri
5.1. COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın uğurlu icra edilməsi üçün

Strategiya aşağıdakı prinsiplərə əsaslanır:

5.1.1. könüllülük- mövcud olan epidemik vəziyyəti və infeksiyanın yayılma təhlükəsini dərk edərək vətəndaşın özünün və digərlərinin sağlamlığının qorunması məqsədilə vaksinasiyada könüllü olaraq iştiraketmə qərarını verməsi;

5.1.2. təhlükəsizlik- əhalinin sağlamlığının qorunması və SARS-CoV-2 virusunun törətdiyi COVID-19 xəstəliyinə qarşı mübarizədə effektiv, keyfiyyətli və təhlükəsiz vaksinin seçilməsi;

5.1.3. şəffaflıq- vaksinasiya prosesinin maliyyələşdirilməsi (dövlət büdcəsi, Koronavirusla Mübarizəyə Dəstək Fondu və s.) və icrası barədə məlumatların əhaliyə şəffaf və əlçatan olması;

5.1.4. mərhələlilik- Strategiyanın hazırlıq, icra və vaksinasiyadan sonrakı mərhələlər şəklində ardıcıllıqla həyata keçirilməsi;

5.1.5. ədalətlilik- pandemiya ilə mübarizədə vaksinasiya hər bir fərd üçün (risk qruplarına prioritetlik verilməklə) onun gəlir səviyyəsindən, yaşayış yerindən və digər fərqli xüsusiyyətlərindən asılı olmayaraq ədalətli şəkildə aparılması;

5.1.6. məsuliyyət-vaksinasiyaya cəlb olunmuş bütün maraqlı tərəflərin fəaliyyətləri birbaşa əhalinin sağlamlığı və cəmiyyətin inamına təsir etdiyi üçün vaksinasiya proqramının məsuliyyətli və vaxtında icra edilməsi;

5.1.7. əməkdaşlıq- pandemiya ilə mübarizədə beynəlxalq səviyyədə bütün maraqlı tərəflərlə konstruktiv əməkdaşlıq əlaqələrinin qurulması.

Strategiyanın hədəfi
6.1. Strategiyanın əsas hədəfi epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılmasıdır. Bu hədəfə nail olmaq üçün aşağıdakı addımlar atılmalıdır:

6.1.1. əhalinin ictimai cəhətdən mühüm və tibbi cəhətdən yüksək risk qruplarının maksimal dərəcədə vaksinasiya ilə əhatə olunması.

Strategiyanın vəzifələri
7.1. Strateji hədəflərə nail olmaq üçün Strategiyanın aşağıdakı vəzifələri müəyyən olunur:

7.1.1. vaksinasiyanın həyata keçirilməsində Strategiyaya, mövcud qanunvericilik bazasına, ÜST-ün tövsiyələrinə və beynəlxalq təcrübəyə əsaslanması;

7.1.2. əhali arasında vaksinasiyanın əhatə dairəsini genişləndirmək üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;

7.1.3. vaksinasiya üzrə bütün beynəlxalq əməkdaşlıq platformalarından

effektiv istifadə edilməsi;

7.1.4. vaksinasiyanın hazırlıq mərhələsində, həyata keçirilməsində və postvaksinal dövründə mövcud səhiyyə sisteminin idarə olunmasının təkmilləşdirilməsi;

7.1.5. vaksinasiya nəticələrinin qiymətləndirilməsi istiqamətində qısa və uzunmüddətli monitorinq indikatorlarının hazırlanması və tətbiq edilməsi.

COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunan əhali qrupları
8.1. Strategiyanın icrası ümumi əhali və xüsusi həssas qruplarını özündə ehtiva edir. COVID-19 xəstəliyinin səbəb olduğu epidemioloji vəziyyətin stabilləşdirilməsi və onun mənfi nəticələrini azaltmaq məqsədilə görülən tədbirlər səhiyyə sisteminin, immunlaşdırma xidmətlərinin və müvafiq logistika işlərinin gücləndirilməsini əhatə edir.

8.2. COVID-19 xəstəliyi əleyhinə vaksinasiya mühüm və yüksək riskli əhali qruplarının mümkün qədər tam əhatəsi və ümumi əhali arasında isə könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.

8.3. COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

8.3.1. sosial:

səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;
hüquq mühafizə orqanlarının əməkdaşları;
hərbi qulluqçular;
saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;
təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;
8.3.2. tibbi:

yaşlı əhali ≥65;
TSXX, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50), piylənmə (≥18).
Mərhələlər üzrə COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunan əhali qrupları

15.1. COVID-19 xəstəliyi əleyhinə vaksinasiyaya hazırlıq mərhələsi
15.2. Ambulator-poliklinik müəssisələri səviyyəsində COVID-19 xəstəliyi əleyhinə vaksinasiya tədbirlərinin icrası
15.3.Postvaksinal mərhələdə əhalinin immun vəziyyətinin monitorinqi və qiymətləndirmə
15.4. Vaksinasiya ilə bağlı monitorinq və qiymətləndirmənin aparılması
15.5. COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyanın aparılması ilə bağlı maarifləndirmə işi
15.5.1. Kütləvi informasiya vasitələri və aidiyyəti qurumlar vasitəsilə COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyanın təşviqi və əhalininməlumatlandırılması Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB,Milli Televiziya və Radio Şurası,Milli Mətbuat
Şurası

2021-2022
Qeyd.Strategiyanın 15.1.1-15.1.3-cü, 15.1.5-ci, 15.1.8-ci, 15.1.11-ci, 15.1.13-cü, 15.2.3-cü, 15.3.1-15.3.4-cü, 15.4.1-ci və 15.4.2-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi zamanı ÜST ilə əməkdaşlıq nəzərdə tutulmuşdur.
Abreviaturalar:
CEPI Epidemiyaya hazırlıq sahəsində İnnovasiya Koalisiyası
COVID-19 Koronavirus xəstəliyi 2019
ETSN Ekologiya və Təbii Sərvətlər Nazirliyi
İTSDA İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
KİV Kütləvi İnformasiya Vasitələri
MERS Yaxın Şərq Respirator Sindromu
SARS Şiddətli Kəskin Respirator Sindrom
SARS-CoV-2 Şiddətli Kəskin Respirator Sindrom Koronavirus 2
TƏBİB Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
TSXX Tənəffüs Sistemi Xroniki Xəstəlikləri
ÜDM Ümumi Daxili Məhsul
ÜST Ümumdünya Səhiyyə Təşkilatı
AMEA Azərbaycan Milli Elmlər Akademiyası

ƏN Ədliyyə Nazirliyi

ƏƏSMN Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

MN Maliyyə Nazirliyi