Azərbaycan ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ
Tarix: 25-11-2020 11:18
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.
GÜNpress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir. Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.
Seçilmişlər
Ən çox oxunanlar