"Haqqınızı kimsəyə yedirməyəcəm" - Deputatlığa namizəd daha bir görüş keçirdi (FOTOLAR)
Tarix: 03-02-2020 15:44
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Məmmədov Zaur Əhməd oğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir.
Namizəd fevralın 2-də Müşfiqabad qəsəbəsində məcburi köçkünlərlə görüş keçirib.
Görüş zamanı platforması barədə danışan Məmmədov Zaur seçiciləri aktiv olmağa çağırıb. Bildirib ki, bu dəfə fərqli bir seçki mühiti var və yeni simaların parlamentə düşməsi üçün imkanlar açılıb. Onun sözlərinə görə, yerli icra hakimiyyəti orqanlarının bəzi rəhbər şəxsləri hansısa namizədin təbliğatına dəstək versələr də, son qərarı seçici verəcək:
“Bildiyiniz kimi, Prezident İlham Əliyev xalqın dəstəklədiyi namizədlərin parlamentə düşməsinin vacibliyini vurğulayıb. Yəni, kimlərsə vəzifəsindən, səlahiyyətindən istifadə edib hansısa namizədi dəstəkləyə bilər, amma Siz buna fikir verməyin. Əmin olun ki, siz kimi istəyirsinizsə, ona səs verib millət vəkili edəcəksiniz. İnanın və seçkiyə qatılıb 5 illik müddətinə vəkilinizi seçin. Mən istər sosial-iqtisadi, istər digər problemlərlə bağlı Sizin mövqeyinizi prinsipiallıqla ifadə edəcəm, haqqınızı kimsəyə yedirməyəcəm. Əgər sizi 5 il müddətinə Milli Məclisdə təmsil etməyimi istəyirsinizsə, 9 fevralda mütləq məntəqələrə gəlib mənə səs verin. Başqa namizədiniz də ola bilər. Yəni, qərarınız, seçiminiz nə olur olsun, seçimi özünüz edin”.
Görüşdə içtirak edən köçkünlər, keçmiş döyüşçülər və qazilər çıxış edərək seçkidə Məmmədov Zauru dəstəkləyəcəklərini bildiriblər. Onlar görüşdə iştirak etməyən köçkünlərin də seçkiyə təşviq edərək Zaur Məmmədova səs verəcəklərini deyiblər.
Seçilmişlər
Ən çox oxunanlar