Baş redaktora hökm oxundu
Tarix: 16-06-2020 17:46
Ağdam Rayon Məhkəməsində Criminal.az saytının baş redaktoru Anar Məmmədovun barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
Mahir Niftəliyevin sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, A.Məmmədov Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək, qazancından 20 faiz məbləğdə dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işlər cəzasına məhkum edilib.
Cinayət Məcəlləsinin 147.12-ci (böhtan) maddəsi ilə ittihama isə xitam verilib.
Qeyd edək ki, xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə Məlahət Qurbanova müraciət edib.
Şikayətə səbəb “Keçmiş nazir "Lombard Məlahət"i məhkəməyə verdi” - "Torpaqlarımı boşalt...", "Lombard Məlahət"lə sabiq nazirin davası: "Rolls-Royce" mərkəzinin zirzəmisini bölə bilmirlər” başlıqlı məqalələr səbəb olub.
Qeyd edək ki, məhkəmə A.Məmmədovun barəsində 5,5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası da var. O, 2018-ci ilin iyul ayında Gəncədə baş verən hadisələrlə bağlı rəhbərlik etdiyi saytda dərc edilən yazılara görə məsuliyyətə cəlb edilib.
Seçilmişlər
Ən çox oxunanlar