Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 14:13

Bu gün, 14:12

Bu gün, 14:12

18-09-2026, 10:30

16-09-2026, 16:34

16-09-2026, 14:21

16-09-2026, 14:17

16-09-2026, 14:16

7-09-2026, 12:57

4-09-2026, 10:21

3-09-2026, 12:52

5-08-2026, 15:10

5-08-2026, 15:07

5-08-2026, 15:04

5-08-2026, 13:00

4-08-2026, 15:02

9-07-2026, 10:38

8-07-2026, 16:16

8-07-2026, 16:15

4-07-2026, 17:51

4-07-2026, 17:48

4-07-2026, 17:43

4-07-2026, 17:40

22-05-2026, 10:48

22-05-2026, 10:45

6-05-2026, 11:44

5-05-2026, 17:02

5-05-2026, 17:01

27-04-2026, 11:13

27-04-2026, 10:51

24-04-2026, 16:17

17-04-2026, 16:19

28-03-2026, 20:56

16-03-2026, 11:39

10-03-2026, 13:33

10-03-2026, 13:30

5-03-2026, 12:55

5-03-2026, 12:50

5-03-2026, 12:47

5-03-2026, 12:45

5-03-2026, 12:45

26-02-2026, 12:50

26-02-2026, 12:48

26-02-2026, 12:47

26-02-2026, 12:45

12-02-2026, 16:26

12-02-2026, 13:02

6-02-2026, 16:59

6-02-2026, 16:54

6-02-2026, 11:57

14-01-2026, 11:12

14-01-2026, 11:06

14-01-2026, 11:04

14-01-2026, 11:03

4-12-2025, 16:53

20-11-2025, 11:00

17-11-2025, 11:08

17-11-2025, 11:05

17-11-2025, 11:04

14-11-2025, 15:10

14-11-2025, 15:08

31-10-2025, 11:37

31-10-2025, 11:25

25-10-2025, 17:56

25-10-2025, 17:51

23-10-2025, 22:01

21-10-2025, 12:12

21-10-2025, 11:15

Azərbaycan-İran sərhədində silahlı insident - Sərhəd pozucusu öldürüldü (Foto)

Tarix: 04-11-2019 10:08   
Azərbaycan-İran sərhədində silahlı insident
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən GÜNpress.az-a verilən məlumata görə, noyabrın 3-də saat 04:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması mü­şa­hidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılmış­dır. La­kin sərhəd pozu­cu­su əmrə tabe olmayıb, üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa cəhd göstər­ib.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucusuna qarşı silah tətbiq olun­muş və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerin­də və­fat edib. Zərərsizləşdirilmiş sərhəd pozucusuna və əraziyə baxış za­manı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ nar­­­kotik vasitələr, 1 ədəd “Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aş­kar olun­ub.

Hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşı­layan göy rəngli “Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avto­mobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Həsənov Elgün Həsənxan oğlu və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Nəsirzadə Orxan Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar. Araşdırma nəticəsində zərərsizləşdirilmiş sərhəd pozucusunun Cəlilabad rayonunun sakini 1994-cü il təvəllüdlü Əmirov Tural Əliəşrəf oğlu olması və oktyabr ayının 31-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Lən­kəran Hərbi Prokurorluğunun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.