Natiq Əliyevə yeni vəzifə verildi
Tarix: 08-10-2014 22:11
Azərbaycan Respublikası Nazirlər Kabineti Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında qərar qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, prezident İlham Əliyevin 2014-cü il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinə əsasən Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfər müəyyənləşdirilib.
Kollegiyanın sədri energetika naziri Natiq Əliyevdir.
Seçilmişlər
Ən çox oxunanlar