Keçmiş icra başçısının otlaq sahəsi yandı
Tarix: 18-06-2019 16:40
Abşeronda bu gün səhər saatlarında Qobustanın keçmiş icra başçısı Əlisəfa Cəbiyevə məxsus qış otlaq sahəsi yanıb.
GÜNpress.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 200 hektarlıq ərazi mal-qara qışlağı kimi istifadə olunub. Səhər saatlarında isə otlaqda yanğın başlayıb. Yanğın rayon yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.
Qeyd edək ki, sabiq başçı sözügedən otlaqda mal-qara saxlasa da, hazırda heyvanlar yaylaqdadır.
Xatırladaq ki, Ə. Cəbiyev 2001-2005- ci illərdə Qobustan rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Seçilmişlər
Ən çox oxunanlar