Azərbaycanlı iş adamı güllələnərək öldürüldü - Rusiyada
Tarix: 02-02-2019 12:46
Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.
Azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə dünyasını dəyişib.
Hadisə 31 yanvardan 1 fevrala keçən gecə olub. Onun dəqiq kimlər tərəfindən öldürüldüyü hələlik müəyyənləşməyib. R. Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub.
İş adamının cənazəsi ekspertizadan sonraAzərbaycana gətiriləcək.
Seçilmişlər
Ən çox oxunanlar