Mehriban Əliyevadan Kəlbəcərlə bağlı PAYLAŞIM
Tarix: 25-11-2020 13:52
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib.
GÜNpress.az xəbər verir ki, paylaşımda deyilir:
"Hörmətli həmvətənlər!
Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".
Seçilmişlər
Ən çox oxunanlar