Mitinqə ciddi hazırlıq gedir – Məmurlara qarşı da şüarlar səslənəcək
Tarix: 14-09-2019 13:20
Bu gün Müasir Müsavat Partiyasının (MMP) mərkəzi qərargahında partiyanın mitinq komitəsi ilə digər rəhbər qurumların birgə iclas keçirilib.
GÜNpress.az xəbər verir ki, iclasda rayon təşkilatlarının rəhbərliyi, gənclər, qadınlar və ağsaqallar şurasının sədrləri ilə bigə müzakirə aparılıb. İclasda mitinqin şüarları ilə bağlı müzakirə aparılıb və kənd rayon təşkilatlarının mitinqə görə Bakıya necə gəlməsi məsələsi də müzakirə predmeti olub.
Bundan əlavə, mitinqin təşkilatçılığı və təhlükəsizlik məsələsi barədə də söhbətlər aparılıb. Qadınlar və gənclər təşkilatına mitinqlə bağlı təşkilati və təbliğat işlərinin aparılması ilə bağlı səlahiyyət verildi. O cümlədən, mitinq komitəsi sədrinin məruzəsi dinlənildi. Belə qənaətə gəlindi ki, mitinq yüksək səviyyədə baş tutacaq, xalqın, dövlətin maraqlarının üstün tutulması tələbi ilə keçiriləcək. Hesab edirik ki, bu mitinq Azərbaycan dövlətinə xaricdən edilən müdaxilələrin qarşısını almaq üçün ciddi bir təkan olacaq. Artıq xəyanətkar məmurların şəkilləri hazırlanır, ola bilsin ki, mitinqdə onların plakatları da qaldırılsın. Radikal müxalifətlə işbirliyində olan məmurların siyahısı da hazırlanır. Bütün bu məslələr növbəti iclasda müakirə olunub qərar veriləcək.
Mitinq komitəsinin iclasında Qarabağ məsələsi də gündəmdə olub. Bildirilib ki, Qarabağ məsələsində bu günə qədər hər hansı yenilik olmaması qəbul edilməzdir.
İclasda Dağlıq Qarabağda keçirilən seçkilərlə bağlı da narazılıq ifadə olunub. İclasda Zəngilan rayon təşkilatına tapşırıq verilib ki, baş verən hadisə araşdırılsın və rəhbərliyə məruzə olunsun. Qərar qəbul olunub ki, növbəti iclasların birində MMP tərəindən partizan dəstələrinin yaradılması təşəbbüsü gündəmə gətirilsin.
Seçilmişlər
Ən çox oxunanlar