Sahil Babayevə daha bir səlahiyyət verildi - SƏRƏNCAM
Tarix: 25-07-2019 12:11
Prezident İlham Əliyevin imzaladığı 23 iyul 2019-cu il tarixli Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri təyin edilib.
GÜNpress.az xəbər verir ki, sərəncamla Xarici işlər, İqtisadiyyat, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Səhiyyə, Mədəniyyət nazirlərinin müavinləri, Dövlət Turizm Agentliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Mərkəzi Bankın sədr müavinləri, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri isə birgə Komissiyanın ölkəmiz tərəfindən üzvləri təyin olunublar.
Seçilmişlər
Ən çox oxunanlar