Azərbaycanda ərzaq malları 0,4 faiz bahalaşıb - SİYAHI
Tarix: 05-02-2015 19:25
2015-ci ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0,4 faiz bahalaşıb, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməyib, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2 faiz bahalaşıb.
Modern.az saytı xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Rəsmi məlumata görə, yanvar ayı ərzində mal, qoyun və toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, balıq məhsullarının, limonun, portağalın, bananın, göyərtinin, çuğundurun, kökün qiymətlərində ucuzlaşma, düyünün, buğda ununun, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, zeytun yağının, süfrə marqarininin, almanın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın, çayın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.
Seçilmişlər
Ən çox oxunanlar