Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Vaqif Əliyev və oğlunun həbsi tələb olunur – Prokurorluğa müraciət edildi

Tarix: 08-08-2019 15:34   
Vaqif Əliyev və oğlunun həbsi tələb olunur
SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin və oğlu Orxan Əliyevin cinayət məsuliyyətinə cəlb olunması tələb edilir.

GÜNpress.az xəbər verir ki, bu barədə AFN-ə V.Əliyevin yaxın qohumunun fırıldaqlarından zərərçəkən bir qrup şəxs məlumat verib.

Xatırladaq ki, bir neçə gün öncə AFN-də həmin məsələ ilə bağlı geniş yazı dərc edilib (https://afn.az/bildiris/81436-vaqif-eliyevin-qohumlarinin-tender-talani-.html). Yazıda bildirilir ki, V.Əliyevin baldızı oğlu, “Azfen” şirkətində vəzifədə işləyən Nicat Qarayev bir qrup şəxsə 4,1 milyon manat pul “atıb”. Onlardan “iş görüb pul qazanıb qazancı bölmək” adı ilə vəsaiti alan N.Qarayev sonradan bildirib ki, xalasının oğlu Orxan Əliyev (SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin oğlu-red.) pulun qaytarılmasına mane olur. Beləliklə də zərərçəkənlərin 4,1 milyon manatı aylardır qaytarılmır. Onu da qeyd edək ki, yazı AFN-də dərc edildikdən sonra bir neçə gün əvvəl xaricə gedən N.Qarayev ölkəyə gələrək prokurorluq orqanlarına, daha konkret isə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təslim olub. Buna qədər isə zərərçəkənlər V.Əliyevlə əlaqə saxlayaraq pullarını istəyəndən sonra idarə rəisinin oğlu adıçəkilən quruma müraciət edərək ailələrinin adının fırıldaq əməlində hallanmasından narahatlığını bildirib. Bu barədə yazı dərc edildikdən sonra V.Əliyev özü açıqlama vermişdi. Zərərçəkənlərin AFN-ə verdikləri məlumata görə, N.Qarayev həmin müraciət əsasında saxlanmayıb, özü könüllü təslim olub.
Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gedən şikayətçilər isə N.Qarayevin həbsi ilə kifayətlənmədiklərini bildiriblər: “Müstəntiq izahat aldı. Bildirdik ki, Nicat Qarayev bu əməlləri özbaşına törətməyib. “Azfen”də çox adam çalışır, Nicatdan da qat-qat yüksək vəzifə tutanlar var. Niyə onlar belə işlər görə bilmirdilər? Nicatın himayəçisi Vaqif Əliyevdir. O və xanımı, Nicatın xalası ona şərait yaradırdılar ki, şirkətdə iş görüb pul qazansın. Sadəcə Nicat özlərinin arasında bəzi qaydaları pozduğuna görə onu zərbə altında qoydular. Əvvəlcə Nicatı ölkədən çıxartdılar, görəndə ki, biz pulumuzu tələb edirik, gedib haqqında şikayət etdilər, sonra da çox güman ki, öz aralarında razılaşaraq könüllü təslim olmasını təşkil etdilər. Bir müddətdən sonra Nicatın azadlığa çıxacağı da şübhəsizdir. Ona görə də biz tələb edirik ki, Vaqif Əliyev və oğlu Orxan Əliyev də cinayət məsuliyyətinə cəlb edilsinlər, həbs olunsunlar. Çünki Nicat bütün proseslərdə onların adından iştirak və hərəkət edib. Və onlar da bundan xəbərdar olublar”.
Sonuncu fikirlərini sübut etmək üçün əllərində sübutlar olduğunu deyən şikayətçilərin sözlərinə görə, həmin sübutları da istintaq orqanına təqdim ediblər: “Vaqif Əliyevin özünün səs yazısı var, etiraf edib ki, Nicat Qarayev ötən il də kiminsə pulunu mənimsəyib, eyni problem yaranıb. Sadəcə həmin vaxt məbləğ az olub, səhv etmiriksə 500 min manatdan gedib söhbət. Ona görə məsələnin üstünü ört-basdır ediblər. Biz də sual edirik: niyə həmin vaxtı Nicat Qarayev haqqında ölçü götürülmədi? Necə oldu ki, “Azfen”in rəhbərliyi Nicatı işdən çıxartmadı? Niyə Vaqif Əliyev onda narahat olub hüquq-mühafizə orqanlarına müraciət etmədi? Niyə yenə Nicatın əlində o imkanlar qaldı ki, bizim 4,1 milyon manatımızı yedi?”
Şikayətçilər sözügedən vəsaitləri N.Qarayevə verərkən kifayət qədər araşdırma apardıqlarını da deyirlər. Onlar əmin olublar ki, bu işlərdə V.Əliyevin ailə üzvlərinin iştirakı və marağı var: “Vaqif Əliyevin xanımı, Nicat Qarayevin xalası ona müxtəlif adamlarla külli miqdarda pul göndərirdi. İstintaq obyektiv aparılsa həmin adamlar da cəlb edilərək ifadə verəcəklər. Pulların kim vasitəsilə, hansı formada göndərilməsi də bizə məlumdur. Ola bilmzə ki, bütün bunlardan Vaqif Əliyevin, oğlu Orxan Əliyevin xəbəri olmasın. Biz əmin olduğumuz üçün tələb edirik ki, onlar da cəlb olunsunlar. Nicat açıqca deyirdi ki, Vaqif Əliyev xalasının əridir, onun şirkətləri var, o şirkətlər vasitəsilə “Azfen”ə mal verir 70-80 faiz qazanc götürür. Biz o vaxt maraqlandıq ki, Vaqif Əliyevin özünün pulu yoxdurmu bu işi görməyə? Nicat dedi ki, xalam ordakı şirkətlərin biri ilə “işləyib” pul qazanmağa şərait yaradıb mənə. Nicat özü də “Azfen”də Təchizat İdarəsində işlədiyi üçün bu işlərə rahat girişirdi. Yəni ki, ona şərait yaradılmışdı orda. Bizi Nicatla tanış edən Ramal adlı dostumuz da deyirdi ki, neçə ildir bu proses var, əvvəllər kiçik summalarla işləsə də, sonradan Nicata böyük imkanlar yaradılıb, vəsaitlər böyüyüb. Sonradan xalası oğlu Orxan Nicatın prosesə kənar adamlar cəlb etdiyini öyrənib və ona görə də pulların verilməsinə problem yaradıb, onu işdən çıxartdırıb. Həmin vaxt Nicat bizimlə görüşdü dedi ki, Orxan uşaqdı, səhv edir, Vaqif Əliyev burda yoxdu, gəlsin atam gedib danışacaq, həll edəcək. Amma məsələ gəlib bu həddə çıxdı. Bizim pullarımız Vaqif Əliyevdədir, biz ondan tələb edirik vəsaitimizin qaytarılmasını”.

Şikayətçilər V.Əliyevin məsələdən agah olması, pullarının N.Qarayevə verilməsi ilə bağlı əllərində olan bütün dəlil-sübutları prokurorluğa təqdim etdiklərini bildirdilər. Həmin dəlil-sübutların arasında V.Əliyevin səs yazısı, videogörüntü və s. var.

Bütün qeyd edilənlərlə bağlı V.Əliyevin mövqeyini almaq üçün özü ilə əlaqə saxladıq. “Mənim telefonumu sizə kim verib? Nömrəmi hardan almısız?” deyə bizə irad bildirsə də, sonradan suallarımızı cavablamağa razı oldu. Şikayətçilərə bir ay əvvəldən hüquq-mühafizə orqanlarına gedib müraciət etmələrini məsləhət gördüyünü deyən V.Əliyev N.Qarayevin ötən il də eyni əməli törətməsindən xəbərsiz olduğunu bildirdi: “Mənim səs yazımı özümdən icazəsiz yazmaq isə cinayət əməlidir”.
Onu da qeyd edək ki, V.Əliyev ondan mövqe almaq üçün zəng edən müxbirimizi təhqir etdi. Öncə danışığın qeydə alınıb-alınmadığını soruşdu. Bunun üçün icazə almadığımız üçün səs yazısının aparılmadığını bildirdik. Bundan sonra danışıq zamanı şikayətçilərin “reket” mətbuata müraciət etmələrini tənqid edən idarə rəisinin diqqətinə AFN-in reket olmadığını çatdırsaq da, o vətəndaş şikayətini işıqlandırmaqla bizim şərəfsizlik etdiyimizi bildirdi. Üstəlik, saytımızın baş redaktorunun ünvanına böhtan dolu fikirlər səsləndirən V.Əliyev görünür, özünü təmizə çıxarmağa belə çalışır. İdarə rəisi bizimlə bağlı haqqında yazı yazdığımız üçün prokurorluğa şikayət etdiyini də dedi. Səs yazısının aparılmadığına əmin olduqdan sonra təhqirə yol verən V.Əliyev görünür ölkə qanunlarını və texnologiyanın imkanlarını bilmir. İdarə rəisinin xəbəri yoxdur ki, telefon danışıqları çıxarıla və məhkəmə predmeti ola bilər.
Olduqca kobud və etik normaları aşan ifadələr işlədən V.Əliyevin təmsil etdiyi vəzifəyə layiq şəxsi keyfiyyətlərə malik olmadığını artıq əminliklə qeyd edə bilərik. SOCAR beynəlxalq səviyyəli bir şirkətdir və onun mühüm idarəsinə rəhbərlik edən şəxsin ünvanına tənqid yazan KİV-i, ondan mövqe öyrənmək üçün zəng edən jurnalisti təhqir etməsi yolverilməzdir. Məsələ ilə bağlı SOCAR rəhbərliyinə müraciət olunacaq və ümid edirik ki, hörmətli Rövnəq Abdullayev lazımi ölçü götürəcək.