Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Mobil operatorlar arasında qarşıdurma böyüyüb - "Bakcell" şirkəti nazirliyə savaş elan edib

Tarix: 03-08-2019 17:33   
Mobil operatorlar arasında qarşıdurma böyüyüb
"Bakcell" şirkəti Nəqliyyat, Rabit Yüksək Texnologiyalar Nazirliyinə savaş açıb.

GÜNpress.az
xəbər verir ki, bu barədə ekspert Osman Gündüz maraqlı yazı ilə çıxış edib.

Həmin yazını təqdim edirik:

***


NRYTN-in tənzimləmə siyasəti ədalətli deyil.

Nömrə resursları necə ayrılır, nə üçün Azercell-in 3, Bakcell –in isə 1 kodu olmalıdır?

Azercell dövlət şirkətinə yeni nömrə resursu, 010 kodu (prefiks) verilib. Bununla bağlı məlumatlar artıq bir ay öncədən mediada yayılıb. Yəni yaxın müddətdə Azercell 010 xxx xx xx formada nömrələrin də satışını həyata keçirə biləcək.

Diqqət etsək, görərik ki, indiyədək mobil bazarda bu operatorun və Narı-n hər birisinin 2 nömrə resursu var.

Azercell 050 və 051 , Nar isə 070 və 077 kodları ilə mobil nömrələri istifadəyə verir.

Ölkənin ilk mobil operatoru olan Bakcell isə uzun müddətdir ki, yalnız bir koddan - 055 prefiksindən istifadə edir.

Bildiyim qədər 2-3 il vardı ki, Bakcell yeni nömrə resursu - 099 kodunun alınması üçün NRYTN-a rəsmi müraciət etmişdi. Və bu 3 il ərzində "vuruşurdu” ki, bu resursu alsın.

Amma yeni kod alan tərəf Azercell oldu. Xüsusilə də "bərkgedən” hesab oluna biləcək 010 kodunu əldə etdi.

Belə olan halda sual yaranır ki, görəsən, nə əcəb 2 nömrə resursu olana 3-cü də verilir, amma cəmi bir kodu olan ölkənin ilk mobil operatoruna 2-ci kod ayrılmır.

Hansı ki, bu yeni resursla Bakcell xeyli inkişaf edə bilərdi, yeni müştərilər qazana bilərdi. İnfrasturktura investisiya yatıra bilərdi. Və sonda mobil bazarda rəqabətli mühit daha da inkişaf edərdi.

2019-02-23-13-09-58osman-gunduz-esas.jpg (600×399)


Düşünürəm ki, qanunvericilikdə nömrə resursunun ayrılmasından imtina üçün ciddi əsaslar olmadığı halda, NRYTN açıq –aşkar diskriminasiya edir, ədalətsiz siyasət yürüdür, sərbəst və azad rəqabət prinsiplərini pozur.

Dövlət inhisarçılığı ilə özəl qurumun - Bakcell şirkətinin fəaliyyəti məhdudlaşdırılır.

Antiinhisar fəaliyyəti haqqında, "Telekommunikasiya haqqında" Qanunların və "Nömrə resurslarından istifadə Qaydları"nın tələblərinə əməl edilmir.

Həm tənzimləyici, həm də kommersiya səlahiyyətləri olan NRYTN bu addımla Azercell-in bazarda süni surətdə üstün mövqeyini qorumağa çalışır.

Düşünürəm ki, bu çox kobud qanun pozuntusudur.

Bəs bu prosesi tənzimləməli olan, təbbi inhisar subyektlərini yerində "oturtmalı” olan Antiinhisar Siyasəti Dövlət Xidməti bu məsələyə nə deyir?

Antiinhisar qurumla bağlı əldə etdiyim məlumata görə, artıq Bakcell bir il olar ki, bu quruma NRYTN-in qanunsuz hərəkətlərindən-antiinhisar qanunvericiliyin tələblərinin pozulmasından dolayı rəsmi müraciət edibmiş. Və hətta artıq bir-iki ay öncə bununla bağlı Antiinhisar qurum tərəfindən qərarın da çıxarıldığını öyrəndim.

Qəribədir ki, bizim bəyənmədiyimiz, elə mənim də son zamanlar ciddi tənqid etdiyim Antiinhisar Dövlət Xidməti ötən ay antiinhisar qanunvericiliyin tələblərinin pozulduğunu əsas tutaraq Bakcell-ə nömrə resursunun – 099 kodunun ayrılması haqqında, təbii inhisar subyekti olan NRYTN üçün məcburi olan qərar qəbul edib.

Bu Qərarın artıq NRYTN tərəfindən icra edildiyi və Bakcell-ə 099 kodunun verildiyi bildirilir.

Şəxsən mən gözləmirdim ki, Antiinhisar belə qərar qəbul edə bilər. Gərək ona qarşı tənqidləri bir az yumşaldaq...

Lakin qəribədir ki, NRYTN və Bakcell hələlik bu haqda açıqlama yaymayıb. Lakin Azercell-dən 010 ilə bağlı informasiya artıq sızıb.

Görünür, Bakcell NRYTN ilə müqavilə şərtlərini indiyədək də razılaşdıra bilməyib.

Düşünürəm ki, NRYTN tez bir zamanda Antiinhisar Dövlət Xidmətinin qərarına uyğun olaraq Bakcell üçün 2-ci kod ayırmalı və nömrə resurslarından istifadəyə şərait yaratmalıdır.

Məhz bundan sonra hər üç mobil operator üçün əlavə nömrə resurslarının ayrılmasına diqqət yetirilməsi daha doğru və ədalətli olardı.

P.S. Beləliklə, Bakcell-in bugünkü açıqlamasından bizim dünən yazdığımızın hamısı tam təsdiqləndi:

1. NRYTN 3 ildir ki Bakcell-ə 099 kodunu vermir;

2. Bakcell bununla bağlı - NRYTN-nin antiinhisar qanunları pozmasından Antiinhisar Dövlət Xidmətinə rəsmi müraciət edib;

3. Antiinhisar NRYTN üçün icrası məcburi olan qərar qəbul edib və Bakcell-ə 099 kodu verilməsi tüçün göstəriş verilib;

4. Bundan sonra NRYTN dərhal Azercell-ə 010 kodu verib;

5. Məhz bundan sonra Antiinhisarın 099 qərarını icra edib;

6. Bununla belə NRYTN hələ də öz inhisarçı mövqeyindən sui istiafdə edərək Azercell dövlət şirkəti üçün daha münbit şərait yaradılması məqsədilə 099 kodu ilə bağlı Bakcell-ə bağlanacaq müqaviləni mümkün qədər ləngidir.