Bakıdakı kütləvi davanın təfərrüatları- Video
Tarix: 10-09-2014 12:08
Bakının Binəqədi rayonunda bir davada üç nəfərin qanı axıdılıb.
Mia.az ANS TV-ə istinadən xəbər verir ki, məlum hadisə Binəqədi qəsəbəsi, Yeni Yaşayış massivi, mal bazarının yaxınlığında baş verib. Paytaxt sakini 25 yaşlı Həsənov Valeh Vaqif oğlu aralarında yaranmış mübahisə zamanı 23 yaşlı Tural Rüstəmova, 36 yaşlı Anar Rüstəmova və 34 yaşlı Tacəddin Abbasova bıçaq xəsarətləri yetirib.
Yaralılar xəstəxanaya çatdırılıb. Binəqədi polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Valeh Həsənov tutulub və o, törətdiyi əməli etiraf edib. Məlum olub ki, Valeh Həsənovun adına qeydiyyatda olan kafeni Anar Rüstəmov işlədib.
Valeh Həsənov deyir ki, kafe mənim adımda qeydiyyatdadır: "Bu səbəbdəndə mən 524 AZN cərimə gəlib. Ona zəng etdim ki, məbləği ödəsinlər. Onun qardaşı isə məni, mən də onu təhqir etdim”.
Söhbətin bu səviyyəyə çatdığını görən tərəflər məsələyə görüşərək aydınlıq gətirməyi qərarlaşdırıblar. Hətta deyilənə görə, həmin vaxt Valeh Həsənov və zərərçəkmiş şəxslərin hamısı sərxoş imiş.
Saxlanılan Valeh Həsənovun əvvəllər də məhkum olduğu deyilir.
Faktla bağlı artıq cinayət işi başlanıb, araşdırmalar aparılır.
Seçilmişlər
Ən çox oxunanlar