Prezident əmək haqlarını artırdı - Ard-rda sərəncamlar
Tarix: 18-06-2019 20:01
Prezident İlham Əliyev bu gün bir neçə sərəncam imzalayıb
GÜNpress.az xəbər verir ki, sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.
Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
***
Prezidentdin digər sərəncamı hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında olub.
Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Bu Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
****
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Reyting.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Dövlət başçısının digər sərəncamı iləAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Sərəncamlar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
***
Prezidendin digər sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
***
Prezidentin digər sərəncamı iləAzərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmindəartırılıb.
Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
***
Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
GÜNpress.az xəbər verir ki, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədi daşıyır.
Sərəncamla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılıb:
AzərbaycanMilli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;
Heydər ƏliyevMərkəzi;
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
Azərbaycanda Atatürk Mərkəzi;
Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu.
***
Prezidentİlham ƏliyevAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqındasərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
***
Prezidentİlham ƏliyevAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Dövlət başçısının digər sərəncamı iləAzərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Sərəncamlar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
***
Prezidentİlham Əliyev“Azərbaycan RespublikasınınMərkəzi Seçki Komissiyasıüzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə sərəncam imzalayıb.
Sərəncam Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə imzalanıb.
Sərəncamla Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib:
Sədr – 3060 manat
Sədrin müavini – 2845 manat
Katib – 2110 manat
Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.
Bu Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
***
Prezidentİlham ƏliyevAzərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqındasərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
***
Prezidentin digər sərəncamı isə "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" olub.
Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb.
Seçilmişlər
Ən çox oxunanlar