"Dostsigorta.az" istifadəyə verildi - Nicat Əlibəyli açıqladı
Tarix: 04-06-2019 16:16
Artıq avtomobili olan istənilən şəxs özü avtomobilinin icbari sığortasını həm yaza, həm də ödənişini edə bilər.
Bu barədə GÜNpress.az-a saytın rəhbəri və Onlayn Sığorta Platformasının yaradıcısı Nicat Əlibəyli məlumat verib.
1 ilə yaxın müddətdir ki, üzərində işlədiyi yeni Onlayn Sığorta Platformasının yaradılmasında məqsəd onlayn sistemdən faydalanan şəxslərə daha tez və daha asan xidmət göstərməkdir: "Dostsigorta.az saytı vasitəsi ilə vaxtınıza qənaət edərək, özünüz tez bir zamanda avtomobilinizin icbari sığortasını əldə edə biləcəksiniz. Sayt hazırda işlək vəziyyətdədir. Hər hansı sualı olan şəxslər saytın əlaqə nömrələrinə zəng edərək, daha ətraflı məlumat ala bilərlər»-deyə N.Əlibəyli bildirib.
Ümumiyyətlə, onlayn sistemə keçid icbari sığorta sektorunda əvvəllər baş verən bütün söz-söhbətlərə son qoymaqdadır.
N.Əlibəyli bildirir ki, son 3-4 ilə nəzər salsaq, şikayətlərin sayı indiki dövrə nisbətdə xeyli azalıb, hətta minimuma enib: «Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosu ötən il yeni bir sistem tətbiq etməklə, bir çox problemlərin qarşısını aldı və onlayn sistemin inkişafında mühüm rol oyandı.
Bizim Dost Sığorta olaraq məqsədimiz həm də sığortaçılarla sığortalılar arasında sağlam mühit formalaşdırmaq və faydalanan şəxslərə sığorta şirkətlərinə inam hissini artırmaqdır».
Seçilmişlər
Ən çox oxunanlar