Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

20 ildir işlətdiyi obyekt əlindən alındı - Bakıda əmlak qalmaqalı (ŞİKAYƏT)

Tarix: 15-05-2019 13:36   
20 ildir işlətdiyi obyekt əlindən alındı - Bakıda əmlak qalmaqalı
Qafarov Sərdar Qafar oğlu saytımıza müraciət edib. Hüquqlarının pozulduğunu iddia edən vətəndaş həm Suraxanı rayon məhkəməsinin, həm də Bakı Apellyasiya məhkəməsinin onun əmlakı ilə bağlı qərəzli qərar çıxardığını bildirib.

Problemi diqqətinizə çatdırırıq:

Vətəndaş 1999-cu ildə Suraxanıda, Zığ şosesində keçmiş Balıq Fabrikinin yaxınlığında İcra Hakimiyyətindən 100 kv. metr torpaq sahəsi alıb. Həmin vaxt onunla eyni anda qohumu da torpaq sahəsinin yaxınlığındakı 6 kv. metrlik sahəni və üzərindəki köşkü alıb. Üzərindən 20 il keçdikdən sonra həmin ərazidə tikilmiş maşın təmiri sexinin yaxşı işlədiyini və gəlir gətirdiyini görən S.Qafarovun qohumları obyektin onlara aid olduğunu iddia edərək məhkəməyə müraciət ediblər.

“Mən o obyektə son 2 ildə 12 min manat təmir xərci qoydum və işləri qaydasına saldım. Bundan sonra obyektdə işlər düzəldi, qazanc gəlməyə başladı. Bunu görən qohumum vaxtilə köşkə görə verilən sənədin məhz mənim obyektimin adına çıxaraq iddia etdi ki, guya bura onundur.

Əllərindəki 20 il öncə verilmiş sənəd isə qətiyyən mənim torpağıma aid deyil. Çünki o sənəddə nə dəqiq ünvan var, nə torpağın ərazisi. Sadəcə qeyd olunur ki, Balıq Zavodunun yaxınlığı. Yaxınlığı deyəndə nə nəzərdə tutulur? Bu zavodun 4 tərəfi boşluqdur. Hansı tərəfi nəzərdə tutulur? Həmin zavodla mənim torpağımın arasında 40 metrdən çox məsafə var. İcra Hakimiyyətinin də bildirişində qeyd olunub ki, həmin torpağın yerini müəyyən etmək mümkün deyil”.

“Obyektin kommunal xidmətləri hamısı atamın adınadır və 20 ildir pulunu biz ödəyirik. Obyekt necə onların ola bilər? Tikilinin arxasında yaşayan ailə var. Mən onların məhkəmədə şahid kimi dindirilməsini istədim. Çünki onlar illərdir o sexin kimə məxsus olduğunu görüblər. Amma hakim Ramil Həsənov buna gərək duymadı və qərəzli şəkildə qarşı tərəfin xeyrinə qərar çıxardı. Apellyasiya şikayəti versəm də, burada hakim Elşən Kazımov eyni ədalətsizliyi nümayiş etdirdi. Torpağın nə eskiz layihəsi var, nə torpaq şöbəsində göstərilmiş yeri var. Heç onların təqdim etdiyi sənədin arxiv idarəsində qeydiyyatı da yoxdur. Onların sənədi olsa belə, bu əraziyə aid deyil”.

S.Qafarov iddia olunan ərazinin dəqiq yerini müəyyənləşdirmək üçün ekpertiza keçirilməsini təklif edib və obyektiv qiymətləndirilmə aparılmasını tələb edib. Lakin hakim buna da gərək duymayıb:

“Mən bu işdə qərəz görürəm. Həm Suraxanı rayon məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin qarşı tərəfin işi udmasında marağı var. Əks təqdirdə mənim ekspertiza tələbimi geri çevirməzdilər. Məhkəmədə təklif etdim ki, ekspertiza olunsun, baxılsın görülsün, o vaxt satılan ərazi hansı olub. Lakin hakimlər Ramil Həsənov və Elşən Kazımov qərəzli şəkildə mənim heç bir fikrimə qulaq asmadan qərar çıxardı”.

Ali Məhkəmənin sədrinə, Prezident Administrasiyasına, Məhkəmə-Hüquq Şurasına müraciət etmişəm. Mayın 20-də Ali Məhkəmədə işə baxılacaq. Ölkədə məhkəmə-hüquq islahatlarının aparıldığı bir vaxtda sübut olmadan dəlil olmadan, ekpertiza olmadan 20 ildir işlətdiyim, çörək yerim olan obyektimi əlimdən alırlar. Ümid edirəm ki, Ali Məhkəmə ədalətli qərar çıxaracaq.

Femida.az məsələ ilə bağlı vəkil Rəvanə Əliyevanın fikirlərini öyrənib. Vəkil bildirib ki, məhkəmələr sənədə əsasən qərar verir. Lakin bu işdə yetəri qədər sənəd olmadığına görə qaranlıq məqamlar var:

“İcra Hakimiyyətinin sərəncamında köşkdən söhbət gedir. Orada torpaq ayrılmasına dair, heç bir akt və sənədə istinad olunmayıb. Ola bilsin ki, qohumdurlar deyə uzun müddətdir aralarında şifahi razılaşma olub. Amma belə vəziyyətlərdə mütləq əvvəlcədən yazılı razılaşma olmalıdır. Torpaq İcra Hakimiyyətinin balansında ola-ola faktiki kiminsə istifadəsindədirsə, İcra Hakimiyyətinə müraciət etmək lazımdır. İH torpaqla bağlı öz rəsmi rəyini bildirməlidir. Ən azından bu qədər müddətdə torpaqla bağlı sərəncam və ya akt alınmalı idi. Heç bir layihələndirmə olmadan nəsə demək çətindir. Üstəlik Mülki Məcəllədə var ki, şəxs torpaqda özbaşına tikili tikibsə, həmin tikiliyə onun mülkiyyət hüququ məhkəmə qaydasında tanına bilər”.

Vəkilin sözlərinə görə, burada məhkəmə də tam ətraflı araşdırma aparmayıb:

“Məhkəmə qərarda torpaqla bağlı heç nə yoxdur, sadəcə köşkdən söhbət gedir. Və köşkün də ərazisi sərəncamda göstərilməyib. Ərazinin dəqiq kordinatları yoxdur. Ona görə obyektin dəqiq yerini müəyyən etmək mümkün deyil. Belə qaranlıq məqamlarda adətən Ali Məhkəmə işi aşağı instansiyaya göndərir. Məncə bu işdə İcra Hakimiyyəti üçüncü tərəf kimi işə cəlb olunmalıdır. Onlar gəlib öz mövqeyini bildirməlidir. Arxiv sənədlərinə baxılmalı, ekspertiza aparılmalıdır. Ən azından məhkəmə özü İcra Hakimiyyətinə sorğu verə bilərdi. Əgər şəxs məhkəmə araşdırmasından narazı qalıbsa, Ali Məhkəmə Apellyasiya baxışına qaytadıqdan sonra müəyyən vəsatətlər verə bilər”.