Nazirlik icra nümayəndəsini cərimələdi
Tarix: 04-04-2019 16:37
0
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
DİN-dən GÜNpress.az-a verilən məlumata görə, növbəti belə tədbir aprelin 3-də paytaxtın Xəzər rayonu ərazisində keçirilib. Reyd zamanı Zirə qəsəbəsində yerləşən su kanalının ətrafında məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.
Xəzər rayon İcra Hakimiyyətinin Zirə qəsəbə nümayəndəsi F.Məlikov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilmiş və 2000 manat məbləğində cərimələnmişdir. Həmçinin həmin ərazinin təmizlənməsi tələb olunmuşdur.
Qısa müddətdə su kanalı və onun ətrafı təmizlənərək abadlaşdırılmışdır.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Seçilmişlər
Ən çox oxunanlar