Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Fermerlerə kredit prosesində "şapka"... - Agentlik sədri: "Siyahını verim, gedin araşdırın, görün, hansısa fermerdən nəsə alınıb?"

Tarix: 14-03-2019 15:45   
Fermerlerə kredit prosesində "şapka"... - Agentlik sədri: "Siyahını verim, gedin araşdırın, görün, hansısa fermerdən nəsə alınıb?"

Kənd təsərrüfatı ilə məşğul olan kiçik fermerlərin kredit almaq istədikdə bir sıra maneələrlə rastlaşdıqlarını tez-tez eşidirik. Öz təsərrüfatını qurmaq, inkişaf etdirmək istəyən adamların kredit götürməsinə nə mane olur? Banklar niyə kəndlini geri qaytarır? 

Bu suallara cavab verən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev başqa maraqlı məqamlara da toxunub.

Mirzə müəllim, fermerlərin ala bilməməkdən şikayətləndikləri aqrar kreditləri sizin rəhbərlik etdiyiniz Aqrar Kredit və İnkişaf Agentliyi ayırır. Agentliyinizin fəaliyyəti necə qurulub?

- Agentlik yarandığı gündən fəaliyyəti iki istiqamətdə qurulub. Birinci istiqamət kənd təsərrüfatı sahəsində çalışanların, fermerlərin maliyyəyə çıxışının təmin olunması, ikinci istiqamət isə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün layihələrin həyata keçirilməsidir. Biz aqrar sahədə çalışanlara 200 min manata qədər kreditlər veririk. Təbii ki, mütləq halda müvəkkil banklar vasitəsilə. Yəni seçdiyimiz müvəkkil banklara vəsait yerləşdirilir və fermerlərin həmin banklara edilən müraciətlərini bank təhlil edir, bizə göndərir və bizim razılığımızla kredit ayrılır. Doğrudur, biz vətəndaşları banka yönləndirəndə narazılıq edirlər, amma biz müvəkkil banklarla əməkdaşlıq etməsəydik, bank yaratmalı olacaqdıq. Təcrübə göstərir ki, dövlət bank idarə edəndə uğura aparıb çıxarmır. Ona görə də müvəkkil bankları prosesə cəlb edirik.

Fermerlerə kredit prosesində "şapka"... - Agentlik sədri: "Siyahını verim, gedin araşdırın, görün, hansısa fermerdən nəsə alınıb?"


- Hazırda agentliyin kredit portfelinin vəziyyəti necədir?

- Bizdə kredit portfelində müəyyən çətinliklər var. Bu gün böyük həcmli kredit portfeli formalaşıb. Hazırda portfelimizin həcmi 78 milyon manata yaxındırsa, ondan 65 milyonunu Agentliyin vəsaitləri hesabına vermişik, 12 milyondan çoxu başa çatmış layihələrimiz çərçivəsində verilib. Əsas problemimiz fermerlərin pul qaytarmaması ilə bağlı deyil. Bilirsiniz ki, bəzi bankların lisenziyası ləğv olunub və bunun nəticəsində həmin banklarda Agentliyin 28 milyonluq vəsaiti qalıb. Proses bir qədər uzandığı üçün hələlik ordan qayıdış yoxdur. Bu da bizim əllərimizi bağlayır və işlək vəsaitimizi məhdudlaşdırır. 30 milyon manatadək vəsaitin qeyri-müəyyən qalması bizim kimi bir qurum üçün ciddi problemdir.

İkinci problemimiz kredit ittifaqları ilə bağlıdır. Bu sektorda olan vəsaitimiz 3 milyon manatdan artıqdır. Bunun da 2.9 milyon manatından geri qayıdış yoxdur.

-Kredit ittifaqları ilə bağlı problemin kökü nə ilə bağlıdır?

- Burada ciddi problemlər var. Bəzi hallarda vətəndaşdan pulu alıblar, Agentliyə qaytarmayıblar. Bu kimi faktları toplayıb araşdırılma üçün Respublika Prokurorluğuna göndərmişik. Bəzi hallarda isə vətəndaşdan pulu alıb təyinatı üzrə olmayan, istehlak kreditinə yerləşdiriblər. Yaxud da vətəndaşa 100 min manata qol çəkdirib, 50 min veriblər və sonrası da məlumdur. Başqa hallar da var. Məsələn, elə fermerə kredit veriblər ki, pulu geri ala bilmirlər - girov olsa da, onu satmaq mümkün deyil. Elə kredit ittifaqları var ki, onların lisenziyası, ümumiyyətlə, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ləğv olunub, ittifaq rəhbəri həbsdədir. Heç nə etmək mümkün deyil.

- Deyirsiniz ki, kredit portfelində işlək vəsaitin azalması sizin əllərinizi bağlayır. Buna baxmayaraq, fermerlərin aqrar kredit istəklərini ödəmək lazımdır...

- Ona görə də biz indi daha diqqətli olmağa, daha düzgün fermerə kredit verməyə çalışırıq. Hesab edirəm ki, bir fermerə 200 minlik kredit verməkdənsə, on fermerin hərəsinə 20 min manat kredit vermək daha səmərəlidir. Amma burada bankların bu kreditə marağı varmı, yoxmu, o da başqa bir məsələdir. Hazırda kənd təsərrüfatına verilən kreditlərin risk səviyyəsi 10-15 faizdir. Çünki banklar bu krediti 7 faizlə verirlər. Onlara 5 faiz marja qalır. Onun da əsas hissəsi – 3%-i xərclərə gedir. Bu mənada, banklar 15% risk qarşılığında 2% gəlirdə maraqlı olmaya bilirlər. Bu zaman kreditlərə zəmanət məsələsi önə çıxır. Banklar şəhər yerlərində girov istəyirlər, amma fermerin şəhərdə girovu yoxdur. Son dövrlər bəzi banklar araşdırma aparır və rayonlarda da girovları qəbul etməyə başlayıblar, biz də onların təhlil mexanizminin inkişafına kömək edirik.

Təbii ki, bunun başqa yolları da var. Birincisi, dediyim kimi, ucuz vəsaitin yerləşdirilməsidir. İkincisi, zəmanət fondlarının dövlətdə olması, üçüncüsü isə qarantiya məktublarıdır. Yəni, dövlət riski öz üzərinə götürür. Amma dövlət də banka öhdəlik qoyur ki, əgər sənin problemli aktivlərinin həcmi müəyyən faizi keçərsə, ödəmə etməyəcəm.


- Bəs, dollar kreditləri ilə bağlı yaranmış problemlər də varmı?

- Qeyd edim ki, bizim kreditlərin hamısı manatladır. Amma dollarla kreditlər birbaşa kənd təsərrüfatı krediti olmasa da, vətəndaşların kredit tarixçələrini ciddi korlayıb və banklar belə şəxslərə kredit vermək istəmirlər. Kənd yerlərində vətəndaşların çoxu bilmirdi ki, kredit hansı valyuta ilə verilib. Elə adamlar var ki, 30-35 faizlə kredit götürüb ki, nəticədə ciddi problemlə üzləşib. Sağ olsun, ölkə başçısının problemli kreditlərlə bağlı sərəncamı bu sahədəki vəziyyəti düzəldəcək. Kəndlinin kredit tarixçəsindəki ləkə təmizlənəcək.

-Mirzə müəllim, kəndlinin şikayət etdiyi məsələlərdən biri də kənd təsərrüfatı texnikasının baha olmasıdır. Gətirdiyiniz texnika niyə bahadır? Bu məsələ necə tənzimləməyə çalışırsınız?

- Öncə onu deyim ki, biz Azərbaycana texnika gətirmirik. Əvvəllər Aqrolizinq bununla məşğul idi. Bu da müəyyən neqativlərə yol açırdı. İndi məsələ belədir: fermer gedib istədiyi təchizatçıdan istədiyi texnikanı alır. Sonra bizə müraciət edir. Ərizə formaları, müraciət üçün sənədlər saytımızda var. Biz də kredit ayırırıq və fermer texnikanı əldə edir. Yəni, yeni mexanizmdə şəffalıq daha çoxdur və rahatdır.

- Konkret fərq nədədir?

- Əvvəllər Kənd Təsərrüfatı Nazirliyi, daha dəqiq desək, Nazirliyin alt qurumu olan Aqrolizinq ASC daha çox at gücünə malik olan, buna görə də qiyməti yüksək olan texnikalar gətirirdi. Çünki Aqrolizinq texnikanı sata bilmədiyi halda, rayonlardakı aqroservislərdə icarə ilə uzun müddət və böyük sahələrdə istifadəsi nəzərdə tutulurdu. Azərbaycanda 945 min fermer var. Onların 80 faizi 2 hektardan kiçik torpağa sahibdir. İki hektardan az torpağı olan fermerə 100-200 at gücündə traktor deyil, 20-30 at gücündə texnika lazımdır. Yəni ona 60-70 minlik yox, 15-20 minlik traktor lazımdır. Fermer traktorunu seçir, onun qiymətinin 40 faizi biz ödəyirik, 20 faizini fermer özü ödəyir, qalan 40 fazini isə bank kredit verir. Banka da o 40 faizlik hissəni biz veririk, üstəgəl, Agentlik olaraq, 7%-lə verilən kreditin faizlərini də biz ödəyirik. Ölkə prezidentinin sərəncamı ilə bu ildən tətbiq olunan gözəl bir sistemdir. Yəni, dövlət fermerə texnika üzrə 40 faiz deyil, daha çox güzəşt verir.

- Ancaq o fikirlər də var ki, hər hansı sahə ilə bağlı kredit almaq elə də asan deyil. Konkret olaraq, sizdən "şapkasız” kredit almaq imkanları nə dərəcədədir? Prosedurlarını qeyd etdiyiniz kimi sadədir, yoxsa...

- Biz gələn kimi hər şeydən öncə sənədlərin sayını azaltdıq, qəliz sənədləri yığışdırdıq. Saytımızda da bununla bağlı məlumatlar var. 2019-cu ilin ilk iki ayı ərzində 1.1 milyon manat kredit vermişik. Mən kredit verdiyimiz adamların 99 faizini, ümumiyyətlə, tanımıram. Tamamilə tanımıram desəm, yalan olar. Çünki qəbullara gələnlər olur, gəlib görüşənlər olur, başa salırıq proseduru, gedib bank vasitəsilə sənədləri göndərir. Bu gün Agentliklə vətəndaş arasında heç bir kəsişmə yoxdur. Vətəndaşlar kredit almaq üçün sayt vasitəsilə onlayn da müraciət edə bilirlər. Burada vətəndaşla məmur arasında kəsişmə filan da yoxdur. Bunu yoxlaya da bilərsiz. Siyahını verim, gedin araşdırın, görün, hansısa fermerdən əlavə nəsə alınıbmı? Qətiyyən ola bilməz!

-Bəs, sıfırdan kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərə hansı imkanlar yaradırsız?

-Əgər torpağı varsa, banklar, istənilən halda, ona kredit verməyə maraqlı olurlar. Biz yeni layihəyə başlayırıq, bu Aqrar Məşğulluğun Artırılması Layihəsidir. Bu layihənin məqsədi də bu cür insanlara dəstək verməkdir.

Təəssüf ki, bəzi hallarda insanlar mətbuatda, yaxud sosial şəbəkələrdə çıxış edirlər ki, müraciət ediblər, amma onlara imkan tanınmayıb. Adamı tapmışıq, araşdırmışıq, məlub olub ki, onun nəinki özü, heç valideynləri o kənddə yaşamır. Yəni, bu cür ittihamların əsası yoxdur.

-Sizin Agentlik eyni zamanda damazlıq heyvanların alınması prosesində də kredit imkanları yaradır. Bu sahədə vəziyyət necədir?

-Bizim maliyyələşdirdiyimiz istiqamətlərdən biri də heyvandarlıqdır. Damazlıq heyvandarlıq və yalnız kənd təsərrüfatı məqsədi ilə. Bunu ona görə vurğulayıram ki, bizə qəribə məqsədlər üçün də müraciət edənlər olur. Bir nəfər cins it saxlamaq üçün kredit istəyirdi. Eləsi olur, göyərçinə, qartala görə kredit götürmək istəyir. Sonra da gedib şikayətlənirlər.

Biz damazlıq heyvanlar üçün kreditləri fərqli şərtlərlə ayırırıq. Deməli, 60 faizi dövlət subsidiya edir, 25 faizini fermer ilkin ödəniş edir, 15 faizini isə 3 il ərzində kreditləşdiririk. Bu sahədə çətinliklərimiz var. Bir çox hallarda heyvanları müvafiq şəraitdə saxlamırlar. Elə adam olub ki, heyvanın südü azaldığına görə onu acından öldürüb, sonra da krediti ödəmir. Eləsi də var ki, həmin cins heyvanların arasına toyuq buraxıb, hamısını xəstəliyi yoluxdurub və nəticədə artıq olmayan heyvanın əvəzinə kredit borcu yaranıb.


-Bəs belə problem olanda nəticədə nə baş verir?

-Sizə ötən dövrdən misal gətirim. İmişlidə, Bərdədə, Ağcabədidə belə bir layihə həyata keçirilib. Vətəndaşa tövlə tikilib, heyvan və onlar üçün yem verilib, bir də kənddə süd qəbulu məntəqəsi yaradılıb. Nə baş verib. Kənddə bir inək ölüb. O birilər də dərhal inəkləri kəsiblər ki, ölməkdənsə, ətini sataq. İndi də krediti qaytarmırlar, deyirlər ki, gəl tövləni apar. Nəticədə inəyə, yemə, tövləyə, süd qəbulu məntəqələrinə çəkilən xərc havayı gedir. Axırda da dövlət vəsaiti itir.

- Ölkəyə yenidən nazirlik tərəfindən cins heyvanlar gətirilməsi nəzərdə tutulurmu? Bu addım nə dərəcədə rentabellidir?

- Prezidentin 19 dekabr 2018-ci il tarixli Fərmanından sonra Kənd Təsərrüfatı Nazirliyi texnika, heyvan gətirilməsi və satışı ilə məşğul olmur, olmayacaq da. Hansısa təchizatçı, yaxud fermer damazlıq heyvanı xaricdən özü gətirə bilər. Gətirilən heyvan damazlıq cins heyvandırsa, nazirlik ona bizim xəttimizlə kredit ayıra bilər.