Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Adil Ismayılov: «Onların arasında nə belə bir görüş, nə də söhbət olub...»

Tarix: 17-02-2015 01:18   
Adil Ismayılov: «Onların arasında nə belə bir görüş, nə də söhbət olub...»
“Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslanın qətlinə görə ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyevə şəxsən general Zakir Nəsirovun işgəncə verməsi haqda deyilənlər doğru deyil”, - deyə Zakir Nəsirovun vəkili Adil Ismayılov “Azadlıq”a açıqlamasında bildirib.
Xatırladaq ki, bugünlərdə Vüqar Əliyevin vəkili Adəm Məmmədov mətbuata müsahibəsində Qobustan həbsxanasında cəza çəkən generalla müvəkkilinin görüşündən danışmışdı: “Vüqar həbs olunandan sonra Şəmkir Rayon Polis Idarəsində ona amansız işgəncələr verilib. Həmin vaxt orada iştirak edən, sonradan ömürlük cəza verilərək Qobustan həbsxanasına göndərilən generalla orada təsadüfi görüşü olub. Vüqar Əliyevə ”Vüqar müəllim" deyə müraciət edən sabiq generala o, “Mən müəllim deyiləm, Vüqaram! Xatırlayırsınızmı mənə verdirdiyiniz işgəncələri?” deyə sual edib. Ona “o zaman siz vəzifənizdən sui-istifadə edib mənə işgəncələr verilməsinə fərman verənlərlə eyni cərgədə idiniz, indi isə siz də mənim kimi dustaqsınız” deyib. Sabiq general isə susub... Bu, Allahın ədalət nişanələrindən biridir ki, haqsızlıq edənə cəza Allah tərəfindən verilir".
Adəm Məmmədov konkret ad çəkməsə də, aydın məsələ idi ki, söhbət Zakir Nəsirovdan gedirdi. Çünki hazırda Qobustandakı qapalı həbsxanada ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən yeganə general Daxili Işlər Nazirliyi Baş Cinayət-Axtarış Idarəsinin sabiq rəisi Zakir Nəsirovdur. O, 2005-ci ildə həbs olunub.
Adil Ismayılov deyir ki, Vüqar Əliyev həbs olunan dövrdə Zakir Nəsirov Baş Cinayət-Axtarış Idarəsinin rəisi olsa da, onların arasında hər hansı ünsiyyət olmayıb: “Həmin vaxt heç Zakir müəllimin Şəmkirə getməsinə ehtiyac olmayıb və getməyib də. Çünki bu cinayətin üstü qısa müddətdə açılıb və işin istintaqı da Bakıda - Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində aparılıb”.
Adil Ismayılov qeyd edib ki, Zakir Nəsirovla Vüqar Əliyev arasında həbsxanada da hər hansı ünsiyyət və yuxarıda qeyd olunan məzmunda söhbət olmayıb: “Əgər ”Vüqara müraciət edən sabiq general" deyəndə Zakir Nəsirov nəzərdə tutulursa, bu həqiqətə uyğun deyil. Onların arasında nə belə bir görüş, nə də söhbət olub..."