İdmanın insan orqanizmi üçün əsas xeyiri
Tarix: 16-05-2020 10:28
Yusif Babanlı,
ADBTİA-nın prorektoru, professor
İdman əhvalı yüksəldir - belə ki, idmandan sonra insan özünü əvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır.
İdman xroniki xəstəliklərin qarşısını alır - müntəzəm idmanla məşğul olmaq yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır.
İdman çəkinizi qorumağa kömək edir - müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir ki, bu da artıq çəkilərdən xilas olmağa kömək edir.
İdman ürəyin və ağciyərin funksiyasını gücləndirir - müntəzəm idman vucudu oksigenlə tam təmin edir damarlarda qan dövranını artırır.
İdman yuxusuzluğu aradan qaldırır.
Müntəzəm idman intim həyatı aktivləşdirir.
İdman təngnəfəsliyi aradan qaldırır.
Seçilmişlər
Ən çox oxunanlar