Eldar Həsənovla Salyanın icra başçısı Tahir Kərimov arasında savaş
Tarix: 02-02-2015 15:30
Son illər Azərbaycan-Avropa münasibətlərinin gəırginləşməsi prosesinin şahidi oluruq və sözsüz ki, bu gərginliyinj artmasına erməni lobbisinində ciddi rolu var. Amma deyəsən Avropada həmdə Azərbaycanın nüfuzlu şəxslərinin bir-biri ilə savaşı, kompromat materialların Qərb mətbuatına sızdırılması da bu gərginliyin artmasına təsir edir.
Belə savaşlardan biri də Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun rəhbərlik etdiyi klanla, Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov arasında gedir. “Gunpress.az”-a daxil olan məlumata görə, bu savaşın qaynağı Eldar Həsənovun baş prokuror olduğu zamandan gəlir. Həmin illərdə Tahir Kərimov hələ ciddi nüfuz sahibi olmadığından Eldar Həsənovun hədəfinə düşmüşdü və onun ən yaxın adamları həbs edilmişdi. Amma sonradan Tahir Kərimov güc toplaya bildi və keçmiş düşmənini yaddan çıxartmadı. Belə ki, Eldar Həsənov Rumıniyada səfir olan zaman Tahir Kərimovun oğlu Həmzə Kərimov ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri təyin edildi. Həmzə Kərimovun əsas məqsədi isə Eldar Həsənova qarşı başlanan kompaniyanı dərinləşdirmək idi. Uzun mübarizdən sonra nəhayət ki, Eldar Həsənov Rumıniyadan çıxdı. Amma bu Kərimovları və Kərimovların arxasında dayanan çevrəni qane etmədi.
Aldığımız məlumata görə, hazırda Eldar Həsənovun ümumiyyətlə, diplomat kimi fəaliyyətinə son verdirmək üçün ona qarşı yeni kompaniya təşkil edilib. Belə ki, Həmzə Kərimova yaxın şəxslər Eldar Həsənovun səfir kimi təşkil etdirdiyi tədbirlərin uğur qazanmaması üçün ciddi işlər görür, hətta onun tədbirlərinin diasporlar tərəfindən boykot edilməsinə də nail olurlar. Elə buna görə zaman-zaman Eldar Həsənovun fəaliyyətini pisləyən məktublarla Xarici İşlər Nazirliyinədə müraciətlər edilir. Hazırda isə Eldar Həsənova qarşı savaşın yeni dalğasına start verilib. Mənbənin sözlərinə görə Xocalı faciəsinin tanıdılması və erməni “soyqırım”ının 100 illiyini ifşa etmək üçün Eldar Həsənov səfirliyi səfərbər edib və tədbirlər planı işlənilib. Amma Həmzə Kərimov da boş dayanmayıb və bu tədbirlərin pozulması üçün müəyyən addımlar atıb və bu tədbirləri boykot edə bilərsə, Eldar Həsənov biabırçı şəkildə postunu tərk etməli olacaq.
Yaxın günlərdə Kərimovların həyata keçirtməyə hazırlaşdıqları tədbirlərlə bağlı, həmçinin Bakıdan aparılacaq heyətin nələrlə məşğul olacağı haqqında bilgiləri nəzərinizə çatdıracağıq.
Seçilmişlər
Ən çox oxunanlar