Türkiyədən tarixi qələbə - Dünya çempionuna qalib gəldilər + Fotolar
Tarix: 09-06-2019 00:55
Bu gün Avro-2020-nin seçmə mərhələsində 3-cü tura yekun vurulacaq.
Turun son oyun günündə 13 qarşılaşma baş tutacaq.
Günün maraqlı qarşılaşmalarından biri Konyada baş tutacaq. Burada Türkiyə millisi son dünya çempionu olan Fransa yığmasını qəbul edəcək. Hər iki komandanın aktivində 6 xal olduğunu nəzərə alsaq, qarşılaşmanın gərgin və maraqlı keçəcəyini düşünmək olar.
Qeyd edək ki, bu komandalar sonucu dəfə 10 il öncə Fransanın Lion şəhərində üz-üzə gəlib.
E qrupunda qərarlaşan Azərbaycan millisi doğma azarkeşləri önündə Macarıstan yığmasını qəbul edəcək. Qrupun ilk oyununda Xorvatiyaya 1:2 hesabı ilə uduzan seçməmiz macarlarla oyunda xal və ya xallar qazanmağa çalışacaq.
8 iyun
Avro-2020 seçmə mərhələsi
C qrupu
20:00. Estoniya - Şimali İrlandiya
22:45. Belarus - Almaniya
E qrupu
17:00. Xorvatiya - Uels
20:00. Azərbaycan - Macarıstan
H qrupu
17:00. İslandiya - Albaniya
20:00. Moldova - Andorra
22:45. Türkiyə - Fransa
I qrupu
20:00. Rusiya - San Marino
22:45. Belçika - Qazaxıstan
22:45. Şotlandiya - Kipr
J qrupu
20:00. Ermənistan - Lixtenşteyn
20:00. Finlandiya - Bosniya və Herseqovina
22:45. Yunanıstan - İtaliya
***
Matç başladı
*
Türkiyə 30-cu dəqiqədə hesabı açır. Ayhan fərqlənir - 1:0.
*
40-cı dəqiqədə Cengiz Ünder hesabı 2:0 edir.
*
Birinci hissə başa çatdı.
***
Matç bitdi.
***
Qeyd edək ki, Türkiyə tarixində ilk dəfə Fransa millisinə qalib gəlib.
Seçilmişlər
Ən çox oxunanlar