“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” yeni mərhələyə qədəm qoyur
Tarix: 19-08-2022 17:12
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə heyətinin növbəti toplantısı keçirilib.
Toplantıda tanınmış İKT mütəxəssisi Elvin Abbasov birliyə yeni rəhbər seçilib və indiyə qədər görülən işlər barədə geniş müzakirə aparılıb. Toplantı iştirakçıları, həmçinin qarşıda görüləcək işlər və planlar barədə yol xəritəsi müəyyən ediblər.
Birliyin yeni sədri Elvin Abbasov qeyd edib ki, müasir dünya ilə ayaqlaşan, novator fikirlər, tezislər müəyyən edilməli və həyata keçirilməlidir: “Gənc, peşəkar kadrlar bu fəaliyyətdə avanqard rolunda iştirak etməlidirlər”.
Elvin Abbasov əlavə edib ki, birliyin fəaliyyəti “Texnologiya bütün sahələri birləşdirən dəyər zənciridir” şüarı əsas götürülməklə tənzimlənməlidir.
O, birliyin missiyası, vizyonu və başlıca hədəfləri barədə iştirakçıları məlumatlandırıb.
Bildirilib ki, missiya İKT sektorunun davamlı inkişafı vǝ rǝqabǝt qabiliyyǝtini artırmaq, qlobal rǝqabǝtçiliyǝ yüksǝlmǝkdir. Vizyon müasir elm vǝ texnoloji nailiyyǝtlǝrǝ ǝsaslanan innovasiya vǝ yüksǝk texnologiya sahǝlǝrində inkişaf etmiş ən güclü ölkəyə çevrilməkdir.
Başlıca hədəflərə ölkədə İKT mühitinin münbitləşməsi və genişlǝndirilmǝsi; İKT bazarını daim analiz edərək hesabatların hazırlanması vǝ yeni strategiyaların tǝklif edilməsi; İKT sektorunda fǝaliyyǝt göstǝrǝn şirkǝtlǝrin kvalifikasiyası; İKT ǝmǝk bazarında fǝaliyyǝt göstǝrǝn aktivlǝrin kvalifikasiyasının artırılması və sertifikatlaşması; 4-cü sǝnaye inqilabına keçid mǝrhǝlǝsi üzrǝ arxitekturanın qurulmasına dǝstǝk; İKT sahǝsindǝ alternativ “Milli İnternet Resursları”nın vǝ “Made in Azerbaijan” brendlǝrinin yaranmasına dǝstǝk verilməsi daxildir.
Tədbir iştirakçıları birliyin rəhbəri Elvin Abbasovun irəli sürdüyü yeni fəaliyyət planı ətrafında müzakirələr apararaq ümumi razılığa gəliblər.
Seçilmişlər
Ən çox oxunanlar