Ermənilərin hücumu zamanı 4 hərbçimiz şəhid olub
Tarix: 13-12-2020 16:09
Noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonunun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb.
GÜNpress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.
Seçilmişlər
Ən çox oxunanlar