Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Prezident bələdiyyələrin səlahiyyətini artırdı-SƏRƏNCAM

Tarix: 23-10-2014 10:32   
Prezident bələdiyyələrin səlahiyyətini artırdı-SƏRƏNCAM
2009-cu ilin dekabrında keçirilən seçkilərdə formalaşmış hazırkı bələdiyyələrin səlahiyyəti dekabrın 23-də başa çatır. Ona görə də Mərkəzi Seçki Komissiyası növbəti bələdiyyə seçkilərini 23 dekabra təyin edib. Respublika üzrə 1607 bələdiyyəyə 15035 üzv seçilməlidir. Bələdiyyə seçkiləri erməni işğalı altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.

Bələdiyyə seçkilərinin günü təyin olunandan bir gün öncə prezident İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişiklik edib. Dəyişikliyə görə Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yolları müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına, şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, yol qurğuları isə müvafiq bələdiyyələrin balansına verilir. Ölkə prezidentinin bu addımı ilə bələdiyyələr yeni səlahiyyətlər əldə etmiş oldular.

Bələdiyyə seçkilərində iştirak haqqında qərar vermiş Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, prezidentin bu qərarı bələdiyyələrə marağı artıracaq: “Əvvəla, biz siyasi partiyalar olaraq, bələdiyyə seçkilərində iştiraka bir siyasi proses kimi baxırıq, ondan sonra səlahiyyətlər çərçivəsindən baxmağın tərəfdarıyıq. Siyasi partiya prosesin səngiməsinə, demokratik seçki vərdişlərinin sıradan çıxmasına imkan verməmək üçün seçkilərdə mütəmadi iştirak etməlidir. Amma bələdiyyələrin səlahiyyətinin artırılması təbii ki, daha çox insanın seçkilərdə iştirakına, bələdiyyə üzvü olmaq istəyinə rəvac verəcək. Bu da təbii ki, rəqabət mühitini artıracaq. Rəqabət mühiti artdıqca, ölkədə siyasi dinamiklik, ictimai-siyasi aktivliyin dərəcəsi yüksələcək. Odur ki, mən prezidentin bələdiyyələrin səlahiyyətlərinin artırılmasına yönəlik həmin qərarını alqışlayıram. Hesab edirəm ki, növbəti illərdə böyük şəhər bələdiyyələrinə birbaşa seçkilərin keçirilməsi və bələdiyyə Məclislərinin formalaşması, o cümlədən bələdiyyələrə başqa statusların da verilməsi müzakirə predmeti ola bilər və bu müsbət nəticələrini verəcək”.

“Bələdiyyələrin hazırkı maddi, texniki resursları onlara verilən yeni səlahiyyətlərin normal həyata keçirilməsinə imkan verəcəkəmi” sualına İ.Ağazadə belə cavab verdi: “Yetəcək qədər resursları əldə etməyin yollarını aramaq lazımdır. Resurslar əldə etmək, resursları artırmaq mümkündür. Burda elə bələdiyyə torpaqlarının özünün icarəyə verilməsi, iaşə xidmətlərinin bələdiyyələrə vergi ödəməsi, əmlak vergisinin bələdiyyələrə ödənilməsi kimi çox imkanlar var ki, bunlar vasitəsilə maddi resursları artırmaq olar”.