Söyüş söyənin dilini kəsdilər - Azərbaycanda
Tarix: 29-11-2014 21:51
Noyabrın 28-də axşam saatlarında Lənkəran şəhərində ağır bıçaqlanma hadisəsi baş verib.
Gunpress.az trend-ə istinadən xəbər verir ki, bu barədə CTV məlumat yayıb. Bıçaqlanan 40 yaşlı Eyvaz Paşayevi yaxınları qan içində tapıblar. Qohumlar ağır vəziyyətdə olan yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Sol üzün kəsilmiş-deşilmiş yarası, dilin kəsilməsi, sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası və ağır qanaxma diaqnozu ilə xəstəxanaya daxil olan E.Paşayev dərhal əməliyyat edilib və hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi, lakin hələlik olayla bağlı heç kimin saxlanılmadığı, əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyini bildiriblər.
CTV-nin məlumatına görə, hadisəyə səbəb zərərçəkənin söyüş söyməsi olub.
Seçilmişlər
Ən çox oxunanlar