Sərdar Cəlaloğlunu kafir sözünə görə peşman etdilər
Tarix: 04-09-2014 17:08
Firudin Qurbansoy: “Əgər Füzuliyə kafir deyirsənsə, sənin nə dindən xəbərin var, nə də ki, ədəbiyyatdan”;
Rəsul Mirhəşimli: “Məhəmməd Füzuliyə kafir demək insanın psixoloji problemlərinin olduğunu göstərir”
ADP sədri Sərdar Cəlaloğlu 1937.az saytına müsahibəsində dahi alim və şair Məhəmməd Füzulinin kafir olduğunu bildirib. S.Cəlaloğlu müsahibəsində Füzulinin fikirlərinin bizi düzgün tərbiyə etmədiyini və onun içindəki zəhərləri neçə yüz illərdir ki içdiyimizi bildirib:
“”Mətləül-etiqad" əsərində Füzuli deyir, guya Peyğəmbər deyib ki, sirr elmini öyrənin. Mən də sirr elmini öyrəndim - əl-kimya, astrologiya, terekuriya... Və bunların əsasında da şərh eləməyə başladım. Mən o əsərdə görürəm ki, Füzuli kafir düşüncəsinə gəlib çıxır. Füzuli kafirdir".
S.Cəlaloğlunun bu fikirlərinə bir neçə füzulişünasın münasibətini öyrəndik. ADP sədrinin fikirləri füzulişünasların qəzəbinə səbəb oldu.
Füzulişünas alim Firudin Qurbansoy S.Cəlaloğlunun dindən və ədəbiyyatdan xəbərsiz olduğunu dedi: “Füzulidən xəbəri olan heç bir mömin ona kafir deməz. Görünür, super siyasətçi olan Sərdar Cəlaloğlu həm də super mömindir. Füzuli İmam Hüseynin məqbərəsində xəttat işləyib. Ondan böyük Allaha yaxın adam olmayıb. Sərdar Cəlaloğlu Füzuli yaradıcılığını başa düşə bilməz. Sərdar Cəlaloğlu gedib siyasəti ilə məşğul olsun, ədəbiyyata niyə girir?! Mən Füzuli yaradıcılığının incəliklərinə bələdəm. Füzuli Allaha yaxın adam olub. Füzuli haqqında güldən ağır söz demək olmaz. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Siyasətçi ədəbiyyata girməməlidir. Ədəbiyyatın elə sirləri var ki, o hamıya açılmır. Hər elmin elə sirləri var ki, onu yalnız o elmin mütəxəssisi bilir. Sərdar Cəlaloğlu öz ixtisasını yaxşı bilsə, başqa sahələrə girişəndə də keyfiyyətli söz danışar. Əgər sən Füzuliyə kafir deyirsənsə, deməli, sənin nə dindən xəbərin var, nə də ki, ədəbiyyatdan”.
Tanınmış publisist Rəsul Mirhəşimli bildirdi ki, Füzuliyə kafir demək adamın ağlında problem olmağını göstərir: “Məhəmməd Füzuliyə kafir demək insanın psixoloji problemlərinin olduğunu göstərir. Sərdar Cəlaloğlu siyasi proseslərdə uğur qazana bilməyibsə, çox yaxşı olar ki, getsin öz sahəsi-tibb ekspertliyi ilə məşğul olsun. Bəlkə o sahədə uğur qazanar.
Çünki insanlar bilmədiyi mövzuları müzakirə edəndə özünü cəmiyyətə güldürür. Məhəmməd Füzuli deyib ki, mən ona görə Füzuli təxəllüsünü seçdim ki, əgər hər hansısa bir qəbahət etsəm, hesab eləsinlər ki, bu füzuldur, yəni boşboğazdır. O, adını daşıdığı Məhəmməd Peyğəmbərin adına xələl gəlməsin deyə Füzuli təxəllüsünü götürdü. Bir də qeyd edib ki, gələcəkdə kimsə mənim təxəllüsümü özünə götürmək istəsə bunu özünə rəva bilməsin. Çünki füzul çox danışan deməkdir. Bu da Füzulinin Peyğəmbərə verdiyi qiymət. İkincisi isə Məhəmməd Füzuli yaradıcılığından bir nümunə bəs edir ki, Sərdar Cəlaloğlunun bilmədiyi mövzuya girişməyi öz biliklərindən kənar düşüncələri ilə yanlış fikir yaratdığı göz qabağındadır. Füzuliyə kafir demək adamın ağlında problem olmağını göstərir. Bundan başqa nə demək olar. Məhəmməd Füzuli haqqında elementar təsəvvürü olmayan bir adam getsin öz işi ilə məşğul olsun və cəmiyyəti özünə güldürməsin”.
AMEA-nın Folklor İnstitutunun elmi işçisi Fəxrəddin Baxşəliyev Füzuliyə kafir deyilməsinin çox gülünc bir ifadə olduğunu bildirdi: “Füzuli Sərdar Cəlaloğlunun dediyi kimi, nə kafir deyil, nə də ki dindarların dediyi mənada mömin deyil. Füzuli, sadəcə olaraq, imam əhlinə aşiqdir.
Bir vaxtlar Füzulini ateist, allahsız eləmək üstündə yarış gedirdi. İndi də onu molla eləmək üstündə yarış gedir. Hər iki fikir yanlışdır. Sərdar Cəlaloğlu əvvəlcə bilsin ki, iman nədir, ondan sonra Füzuliyə kafir desin. Amma bir mənada da haqlıdır ki, bu mollalar Füzuliyə mömin deməklə ağını çıxarıblar. Füzuli mömin olsaydı, ”Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma. Namaz əhlinə uyma, onlar ilə durma, oturma!" misralarını deməzdi. Füzuli imanla küfrün arasında olan eşq məsələsindədir. Bəli, Füzuli dindar deyildi. Amma kafir də deyildi. Dindarlıq başqa, aşiqlik başqa. Füzulinin olduğu mərhələ dindarlıqdan çox-çox uca bir mərhələ idi. Ancaq Füzuliyə kafir deyilməsi çox gülünc bir ifadədir. Sərdar Cəlaloğlunun Füzuliyə kafir deməyi mollaların Füzuliyə dindar deməyinə bərabərdir. İkisi də eyni dərəcədə yanlışdır".

Seçilmişlər
Ən çox oxunanlar