Deputatın qadın qudasından müdhiş FIRILDAQ
Tarix: 10-10-2014 12:09
Bir qrup vətəndaşlardanşikayət daxil olub. Aldadıldıqlarını bildirən zərərçəkənlər müxbirimizə deyib ki, tanınmış məmur qadın (şikayətçilərdən birinin xahişi, həm də əlavə yazının hazırlanması səbəbi ilə onun adını növbəti yazıda, bu məsələnin araşdırılmasına həsr olunan reportajda açıqlayacağıq - red.) onları aldadaraq, külli miqdarda pullarını mənimsəyib: “O, cəmiyyətdə və öz qohumları arasında müsbət imici ilə tanınır. Önəmli və tanınan bir şəxsin də qudasıdır.
Pulları da qudasının və digər vəzifəli məmurların adı ilə alıb. O, həm də mənim doğma xalamdır. Bir il ərzində məndən və yaxın ətrafımızdan üst-üstə 392850 (üç yüz doxsan iki min səkkiz yüz əlli ) manat alıb və onun çox cüzi hissəsini geri qaytarıb. Hazırda bizdən aldığı və geri qaytarmadığı pulların məbləğı 331 400 (üç yüz otuz bir min dörd yüz) manatdır. Çox pis vəziyyətdəyik. Xahiş edirik, bu mövzunu işıqlandırasınız...."
Zərərçəkənlər bildirir ki, məmur qadının himayədarlarından biri onun polkovnik olan əridir; digəri tanınmış deputatdır; lakin bu da son deyil, başqaları da var. İddia olunur ki, həmin fiqurlar fırıldaqçı polkovnik arvadının əməllərinə dəstək verirlər. İnsanların pullarını mənimsəyən bu dəstədən birinin yaxın zamanlarda daha yüksək vəzifəyə təyinatı gözlənilir.
Musavat.com mövzu ilə bağlı faktları, gizli yazılmış audio və video sübutları əldə edib. Yaxın günlərdə ölkə gündəmini günlərlə məşğul edəcək araşdırma ortaya qoyulacaq.
musavat.com
Seçilmişlər
Ən çox oxunanlar