Azad Rəhimov QHT-ləri narazı salıb-3 milyonluq qalmaqal
Tarix: 08-10-2014 15:27
Məlum olduğu kimi, Gənclər və İdman Nazirliyi Azərbaycanda Gənclər təşkilatları üçün qrant müsabiqəsi həyata keçirir. Sonuncu müsabiqənin nəticələri bir neçə ay öncə elan olunub. Qalib gələn təşkilatların siyahısı yayda açıqlanıb.
Gunpress.az-a daxil olan məlumata görə, qalib QHT-lərin təqdim etdiyi layihələrin maliyyələşdirilməsinə avqust ayından başlanmalı olsa da, pullar hələ də köçməyib. Nazirlikdən rəsmən hər hansı bir məlumat verilməsə də, qalib QHT rəhbərlərinə müvafiq cavab verilib. Belə ki, QHT-lərə bildirilib ki, büdcədən layihələrin maliyyələşdirilməsi üçün vəsait ayrılmayıb. Səbəb isə bütün vəsaitin 2015-ci ildə keçiriləcə Avropa Olimpia oyunlarına sərf olunması göstərilir.
Qeyd edək ki, müsabiqəyə 155 qeyri-hökumət təşkilatı öz layihələrini təqdim edib. 10 qeyri-hökumət təşkilatı gənclər təşkilatı olmadığından onların layihələri baxılmadan geri qaytarılıb. Ümumilikdə 145 gənclər təşkilatının layihəsi müsabiqənin qaydalarına uyğun olaraq ətraflı təhlil edilmiş və öyrənilib. Nəticədə 110 gənclər təşkilatının layihələrinin maliyyələşdirilməsinə qərar verilib. Layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 2.020.559 manat və 115.000 avro məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.
Seçilmişlər
Ən çox oxunanlar