Gömrük Komitəsi qeyri-iş günlərində də işləyəcək
Tarix: 19-05-2020 11:31
Dövlət Gömrük Komitəsi qeyri-iş günləri ilə bağlı məlumat yayıb.
GÜNpress.az-a daxil olan məlumatda qeyd edilir ki, Azərbaycan ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən qarşıdan gələn qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyət göstərəcək.
Qeyd edək ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.
Seçilmişlər
Ən çox oxunanlar