30 yaşlı qadın idarədə polis tərəfindən zorlandı
Tarix: 06-02-2015 12:40
Avstraliyanın Sidney şəhərində biabırçılıq baş verib. ANS PRESS-in məlumatına görə, polis idarəsində qadını zorlayıblar. Qadını polis serjantı zorlayıb.
Belə ki, axşam saatlarında 30 yaşlı qadın polis idarəsinə gələrək zorlanması ilə bağlı şikayət etmək istəyib. Həmin gün idarədə növbətçi olan 50 yaşlı Mark Qarner qadına kömək etmək əvəzinə onu zorlayıb.
Polis qadınla məcburi şəkildə cinsi əlaqəyə girib. Bu azmış kimi polis xidməti tapançası ilə də qadına təcavüz edib. Daha sonra qadını buraxıb. Qadın isə qorxusundan polisə heç bir şəkildə etiraz edə bilməyib.
Baş verən hadisə polis idarəsinin müşahidə kamerası vasitəsilə qeydə alınıb. Mark Qarner həmin görüntüləri silməyə çalışıb. O, vəzifəsindən sui-istifadə edərək həmin görüntülərin rəhbərliyə göstərilməməsinə çalışıb. Lakin onun bu cəhdi baş tutmayıb.
Qadının polis tərəfindən zorlanması barədə şikayət etməsindən sonra görüntüər izlənilib. Qadını zorlayan Mark Qarnerin psixi problemlərinin olduğu da bildirilir.
Baş verən hadisə Avstraliya qadın təşkilatları tərəfindən etirazla qarşılanıb. Qadını zorlayan polis isə məhkəməyə qədər müvəqqəti saxlanma təcridxanasına gördərilib.
Onun 20 martda məhkəmə qarşısına çıxacağı gözlənilir.
Seçilmişlər
Ən çox oxunanlar