Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

“Nüvə müharibəsi ehtimalı artıb” - Xəqani Cəfərli

Tarix: 17-01-2015 13:45   
“Nüvə müharibəsi ehtimalı artıb” - Xəqani Cəfərli
Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində Almaniyanı və ümumiyyətlə Avropanı Ukrayna məsələsinə müdaxilə etməməyə çağırıb və bu ölkə ətrafında yaranmış gərginliyin nüvə müharibəsinə səbəb ola biləcəyi haqqında da qorxulu xəbərdarlıq edib.

M.Qorbaçov deyib ki, “Avropada geniş miqyaslı müharibə nüvə savaşını qaçılmaz edəcək. Əgər bu vəziyyətdə kiminsə əsəbləri tab gətirməsə, biz yaxın dövrdən çıxa bilməyəcəyik.” M.Qorbaçovun bu qorxunc proqnozunun həqiqətə nə qədər yaxın olmasına politoloq Xəqani Cəfərli ilə birgə aydınlıq gətirməyə çalışdıq. Politoloq Xəqani Cəfərli ilk öncə onu xatırlatdı ki, bu çür qorxunc proqnoz ilk və son dəfə səslənmir. “Rusiyanın Krımı ilhaq etməsindən və Ukraynanın Cənub-Şərqində separatizmi qızışdırmasından sonra Avropada böyük müharibənin baş verə biləcəyi və bunun da nüvə müharibəsinə gətirib çıxaracağı ilə bağlı fikirlər səslənməyə başlayıb. Qorbaçovdan sonra oxşar fikirləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer də səsləndirib. “Hannoversche Allgemeine Zeitung” qəzetinə müsahibəsində Frank-Valter Ştaynmayer bəyan edib ki, Ukrayna ətrafındakı gərginlik Avropada geniş miqyaslı müharibəyə səbəb ola bilər”. Belə fikirlərin dövlət xadimləri, siyasətçilər və politoloqlar tərəfindən son zamanlar tez-tez səsləndirildiyini xatırladan politoloq Xəqani Cəfərli hesab edir ki, Krımın ilhaqından əvvəlki dövrə nisbətdə Avropada müharibə və hətta nüvə müharibəsi ehtimalı artsa da, real deyil. “Rusiya SSRİ-deyil və Moskvada da bunun fərqindədirlər. Karib böhranı zamanı dünya ilk dəfə nüvə müharibəsi təhlükəsi qarşısında idi. O zaman Qərb deyil, məhz SSRİ geri addım atdı. Rusiya isə keçmiş SSRİ-nin siyasi, iqtisadi və hərbi gücünün yarısına da malik deyil. NATO isə Karib böhranı zamanından indi ən azı iki dəfə güclüdür. Belə bir şəraitdə mümkün müharibənin Rusiyanın tarixi varlığına son qoyacağını heç şübhəsiz ki, Kremldə də anlayırlar”. Üçüncü dünya müharibəsi ilə bağlı fikirlərin haradan qaynaqlandığına gəlincə isə politoloq Xəqani Cəfərli hesab edir ki, belə fikirlərin səslənməsi təsadüfi deyil və məqsədlidir. “Rusiyanın Krımı ilhaq etməsi dünyada yeni geosiyasi vəziyyət yaradıb və bu proses müəyyən ölkələrə zərər vurur. Diqqət ediləndə beynəlxalq ictimaiyyəti nüvə müharibəsi təhlükəısi ilə qorxudanların böyük hissəsinin də məhz yaranmış vəziyyətdən zərər çəkən ölkələrin təmsilçiləri olduğunu görmək olur. Rusiya iqtisadiyyatı sürətlə çökür və bu isə Putin rejiminin dayaqlarını sarsıdır. Rusiyaya tətbiq olunan sanksiyalar Almaniyaya və Avropanın bəzi dövlətlərinin iqtisadiyyatına mənfi təsir göstərir. Qərbin bəzi şirkətlərinin əsas gəlir mənbəyi Rusiyadır. İndi onlar böyük zərər edirlər və bu prosesin bir an öncə bitməsində maraqlıdırlar. Rusiyada Putin rejiminin qalmasında maraqlı olan qüvvələr, Rusiya ilə ticarətdə çox böyük marağı olan ölkələrin və şirkətlərin təmsilçiləri, onların maraqlarının ifadəçiləri beynəlxalq ictimaiyyəti böyük müharibə və hətta nüvə müharibəsinin mümkünlüyü ilə qorxudaraq ictimai rəyi Moskva ilə anlaşma əldə edilməsinin gərəkliyinə inandırmaq istəyirlər. Putinin dəstəkçilərindən biri olan Qorbaçovun bəyanatına da məhz bu prizmadan yanaşmaq lazımdır”.