Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Hər 4-5 uşaqdan biri pedofillə rastlaşır - DƏHŞƏTLİ FAKTLAR

Tarix: 07-02-2019 17:39   
Hər 4-5 uşaqdan biri pedofillə rastlaşır - DƏHŞƏTLİ FAKTLAR
Xəbər saytlarında tez-tez adı çəkilən, cəmiyyətdə insanların ən çox çəkindiyi, qorxduğu, uşaq manyakı kimi tanıdığı pedofillər kimlərdir? Onların uşaqlara qarşı bu münasibətinin əsas səbəbi nədir? Pedofilləri necə tanımalı, uşaqları onlardan necə qorumalı?

Daha çox uşaq bağçası, məktəblər, uşaq və yeniyetmələr çox olan yerlərin həndəvərində hərlənən pedofillərdən qorumaq üçün valideynlər, bu barədə düzgün məlumata malik olmalı və uşaqlarla da bu barədə etik çərçivədə, qorxutmadan, psixoloji diskomfort yaratmadan söhbət etməlidirlər.

Medicina.az uşaqları seksual təcavüzdən qorumaq üçün dünyanın tanınmış psixoloqlarının tövsiyələrini bir araya cəmləyib.
 
Картинки по запросу Педофили́я


1. Pedofillər kimdir?

Pedofillər cinsi yetişkənlik dövrünə qədəm qoymayan və hər hansı seksual məlumatı olmayan, seksual hərəkətlərin yol verilməsi qanun və cəmiyyətdə qadağan olunan yaş həddində - 0 – 13 yaş arası uşaqlara cinsi istək duyan və fürsət düşən kimi bu tələbatı müxtəlif yollarla ödəməyə çalışan adamlardır.

Uşaqlara cinsi istək və təcavüz o qədər ağır və tabu olan mövzudur ki, bu barədə elmi araşdırmalar da azdır. Amma kanadalı psixiatr Malo qeyd edib ki, Yer üzündəki bütün kişilərin 1%-i açıq və ya gizli pedofildir.

Pedofillər 2 qrupa bölünür: psixiatriyada bunlara procontact – yəni canlı uşaqlarla kontakta girən və noncontact – canlı uşağa yaxın getməyənlər adı verilib.

Əslində, valideyn gözü ilə baxdıqda, uşaqlarla kontakta girən tiplər daha qorxuludur.

Belə insanları ilk baxışdan ayırd etmək praktiki olaraq mümkün deyil. Amma bu günə qədər qeydə alınmış faktların statistikası göstərir ki, 10 hadisədən 3-4-ü uşağın ailəsinə yaxın insanlar, qohumlar və ailəni tanıyan insanlar tərəfindən törədilir.
Похожее изображение


2. Yolda, məktəb ətrafında, yaxınlar arasında pedofili necə tanımalı?

Britaniyalı mütəxəssislər bildirir ki, əgər gənc və ya orta yaşlı kişidə aşağıdakı əlamət və davranışlar varsa, ondan ehtiyat etmək lazımdır:

-           Uşağa səbəbsiz yerə hədiyyələr, pul verir, onun ürəyindən keçənləri öyrənir və sonra onları alır

-           Uşaq vanna və tualetdə olarkən, tez-tez ora girir

-           Yaxınlarına israrla uşağı onun yanında qoyub getmələrini istəyir, bildirir ki, guya, uşağa baxacaq

-           Guya, təsadüfən uşağın intim orqanlarına toxunur, sığallayır

-           Əgər müəllimdirsə, uşaqlar arasından birini qurban kimi seçir, onunla xüsusi davranır, onu tərifləyir

-           Uşaqlara intim suallar verir: kimi sevirsən, intim orqanının adı nədir, kimisə öpmüsənmi?

-           Uşaqla fiziki təmasda çox olur: öpmək, qucaqlamaq, dizi üstündə oturtmaq, yatırmaq, qıdıqlamaq, sığallamaq, bədənini cimdikləmək - əslində, bu hərəkətlər sevgi göstəricisi də ola bilər. Amma alimlər yad bir kişinin, oğlanın yerli-yersiz və çox sayda bu hərəkətləri etdiyini seksual təcavüz formalarına daxil edir.

-           Uşaqla qapalı otağa çəkilir, guya, söhbət edir, oynayır, kimsə qapını döymədən içəri girəndə özünü itirir, acıqlanır

-           Uşaqlarla, yeniyetmələrlə söhbətdə yetkin insanlara məxsus seksual sözlərdən, leksikondan istifadə edir

Uşaqla kontakta girib, fiziki həzzi canlı yaşamaq istəyən pedofillər uşağı və ailəsini aylarla, bəzən illərlə özünə alışdırır, onları öyrənir, qurbanı az qala doğulandan tanıyır.

Sonra nə baş verir: bütün bu oyunlar 2 ssenari ilə davam edir: ya birbaşa hücum – təcavüz, intim əlaqə baş verir və ya uşağı özündən asılı vəziyyətə salaraq özünə bağlayır. Uşaq sanki könüllü olaraq onun xidmətində durur, ya pedofili sevir, ya utanır, ya da qorxur. Ona görə təcavüzə məruz qalması barədə susur.
 
Похожее изображение


3. Uşağın pedofil qurbanına çevrildiyini necə anlamalı?

Bəzən valideynlərə elə gəlir ki, övladlarını hamıdan yaxşı tanıyırlar, hər dərdini gözlərindən anlayırlar. Amma təəssüf ki, təcrübədə bunun əksini görürlər.

Valideyn övladı ilə nə baş verdiyini anlamaq üçün onun seksual inkişaf mərhələləri barədə məlumatlı olmalı, hansı yaşda necə davrandığımı bilməlidir.

- 0-5 yaş arası uşaqlar üçün – öz cinsiyyət orqanlarının ya adını, ya uşaq dili ilə izahını açıq deməsi, orqanlarını kiməsə, ya bir-birinə göstərməsi, maraqlanması, öz orqanına gizlicə baxması, öyrənməsi, soruşması, ata-anasından uşağın hardan gəlməsi barədə suallar verməsi normaldır.

Nə normal deyil: o yaşda uşağın böyüklərə xas cinsi əlaqə davranışını oyuncağı və ya canlı insan üzərində imitasiya etməsi, sözlərində cinsi əlaqə barədə terminlər işlətməsi. Əgər bu hallar varsa, deməli kimsə sizin övladınıza bu barədə gizli "dərs” keçir.

- 6-12 yaşlı uşaqlar üçün – hamiləlik, menstruasiya, böyüklərin bir-biri ilə davranışı, evlənmək, uşaq doğumu barədə öyrənməyə meyilli olması, həkim-həkim oyunu ilə digər yaşıdları üzərində hansısa anatomik bilgi alması üçün bədənə toxunma, belə kitablar, videolar axtarması, gizlicə masturbasiya etməsi normaldır. Çünki bu yaş arası cinsiyyət orqanları pik inkişaf dövrünə qədəm qoyur, hormonlar qurulur.

-           Nə normal deyil:  Uşağın çox, açıq-aşkar, çəkinmədən masturbasiya etməsi, seks barədə məlumatlı olduğunu büruzə verib, bununla öyünməsi, cinsi akt barədə açıq-aşkar deməsi, hər şeyi adı ilə çağırması, özündən böyük oğlan və kişilərlə maraqlanması və s.
Картинки по запросу pedophilia

4. Uşaqda stress, qorxu dərəcəsinin dəyişməsi və artmasına da diqqət yetirin.

-          Sakit, normal uşaq qəfildən qorxur, ağlayır, gecələr kabus görür, sayıqlayırsa... Xüsusən sayaqlayarkən dediyi sözlərə diqqət yetirin.

-           Yatarkən yanında saxladığı oyuncaq, xüsusən gəlinciklə intim davranışı varsa, diqqət yetirin

-           Uşaq təkliyə qapılır, əvvəl ünsiyyət qurduğu yaşıdları, rəfiqəsi, dostlarından uzaq gəzir

-           Evə dərsdən qayıdanda əyin-başına fikir verin: əgər torpağa batmış, sanki divara söykənmiş kimi izlər, çirk varsa, paltarı əynində normal durmursa

-           Uşaq çimizdirilməkdən imtina edir, hamama özü gedir. Bu zaman uşağın mütləq bədənini müayinə edin: sinəsində, ayaqlarında, intim nahiyələrdə izlər, göyərmələr, sıyrıqlar ola bilər. "Bu izlər hardandır” sualını verəndə, uşaq fikri yayındırır, ağlayır, qaçır, normal izah vermir

-           Uşaqda sizin almadığınız yeni əşyalar, oyuncaqlar, geyim, xırda əşyalar, hətta xırda pullar peyda olur

-           Uşağın yeni tanışları meydana çıxır, amma onlar barədə danışmır, adını gizlədir, sizi tanış etmir

-           Uşağın nitqində yeni sözlər meydana çıxır

-           Uşağın əhvalı dəyişir, xüsusi yerlərdən keçəndə qorxur, o həndəvərdən keçmək istəmir, insan çox olan yerlərə qaçır, məktəb-ev yolunu dəyişmək istəyir, geriyə boylanaraq, yolu həyəcanla gedir

-           Eləcə də uşağın alt paltarlarında hər hansı iz, su izi, maye izi görmək olar
 
Картинки по запросу pedophilia


23 % hallarda uşaqlar üzərində seksual təcavüzü elə uşaqlar icra edir: yeniyetmələr kiçik yaşlı uşaqlar, gənclər isə yeniyetmələr üzərində.

Hazırda pedofilizmlə bağlı statistika qorxulu həddədir, belə insanların sayı hər keçən gün artır. Amerikalılar hesab edir ki, onların ərazisində hər 2 kv.m əraziyə bir pedofil düşür.

Dünya statistikasına görə, 18 yaşına kimi hər 4-5 qızdan biri pedofillə rastlaşır. Oğlanlara gəldikdə isə, onlardan hər 7-10-undan biri ömründə bir dəfə də olsa bu və ya digər şəkildə pedofillə üzləşib.

Qeyd edək ki, qaranlıq tinlərdə, küçələrdə tək gedən qızları çağırıb, cinsiyyət orqanını göstərib, seksual zorakılıq xarakterli sözlər işlədən şəxslər də ruhi xəstə yox, pedofildir. Onlar pedofilliyin artıq daha ağır dərəcəsində hesab olunur.