Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Azərbaycan hökumətindən Obamaya cavab

Tarix: 24-09-2014 17:07   
Azərbaycan hökumətindən Obamaya cavab
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibə verib. Günpres.az müsahibəni təqdim edir:


- Əli müəllim, son bir həftədə müxtəlif beynəlxalq qurumlar, ayrı-ayrı dövlət rəsmiləri, bir sıra xarici təşkilatlar Azərbaycanda insan haqlarının, söz və məlumat azadlığının vəziyyəti ilə bağlı müəyyən tənqidi fikirlər səsləndiriblər. Buna münasibətinizi bilmək istərdik.

- Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir. Bu gün Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı, kütləvi informasiya vasitəsi qanun çərçivəsində, heç bir məhdudiyyətlə üzləşmədən, sərbəst fəaliyyət göstərir, insanlar öz fikirlərini azad şəkildə ifadə edirlər, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Buna görə də insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı Azərbaycan cəmiyyətinin, QHT sektorunun, yüzlərlə KİV-in ümumi rəyi nəzərə alınmadan, 3-5 nəfərin sifarişli məlumatı əsasında hazırlanmış belə açıqlamalar, bəyanatlar və sənədlər qərəzlidir, əsassızdır və subyektiv xarakter daşıyır.

Qeyd etmək istərdim ki, xarici fondlardan maliyyələşən bəzi yerli QHT-lər uzun illər ərzində qeyri-şəffaf fəaliyyət göstərmiş, qanunların tələblərinə məhəl qoymayaraq aidiyyəti dövlət orqanlarına heç bir hesabat verməmişlər. Hazırda, Qərbin demokratik standartlarına uyğun olaraq, QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara müvafiq düzəlişlər və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti institutlarının şəffaf fəaliyyətinin, onların hesabatlılığının təmin edilməsi, bu sahədə mövcud pozuntuların aradan qaldırılması məqsədi daşıyır. Hesab edirik ki, istənilən sahədə şəffaflığın olmaması korrupsiya və digər qanun pozuntularına birbaşa yol açan başlıca şərtlərdən biridir. Təbii ki, qanunları pozmaqda şübhəli bilinən təşkilatların fəaliyyəti araşdırılır və faktlar təsdiqini tapdıqca, müvafiq ölçü götürülür. Bu isə, öz növbəsində, xaricdən aldıqları milyonlarla qrant vəsaitini şübhəli məqsədlərə yönəldən və dövlət orqanlarının qanuni tələblərini qulaq ardına vuran ayrı-ayrı təşkilatları, ələlxüsus də onların “demokratiya carçısı” kimi çıxış edən xarici havadarlarını qane etmir. Belə demək mümkündürsə, “5-ci kolon” öz missiyasını yerinə yetirmək imkanlarından məhrum edilir ki, bu da nəticə etibarilə mövcud mexanizmləri yaradan dairələrin Azərbaycana təzyiq rıçaqlarını zəiflədir. Hazırda bəzi xarici dairələrin və onların nəzarətində olan təşkilatların, medianın həddini aşan fəallığı da məhz bu amillə bağlıdır.

Təəssüf ki, müəyyən xarici dairələr insan hüquqları ilə bağlı təhrif olunmuş ayrı-ayrı halları ümumiləşdirərək müstəqil ölkələr barədə mənfi rəy formalaşdırmaq praktikasından geniş şəkildə yararlanırlar. Bu, düzgün yanaşma deyil. ABŞ Dövlət Departamentinin nümayəndəsi avqustun əvvəllərində Missuri ştatının Ferqyuson şəhərində vətəndaşların haqlı etirazlarına sərt şəkildə müdaxiləni, fövqəladə vəziyyətin elan olunmasını, silahdan istifadə, insan ölümləri, medianın, vətəndaş cəmiyyəti fəallarının hüquqlarının kobud şəkildə məhdudlaşdırılmasını ABŞ-ın daxili işi kimi xarakterizə etmişdi. Həmçinin ayrı-ayrı ekspertlər hökumətin həyata keçirdiyi sərt tədbirləri ictimai sabitliyi, cəmiyyətin təhlükəsizliyini təmin etməsi kimi qələmə vermişdilər. Ancaq bir gün öncə Nyu-Yorkda BMT-nin mənzil qərargahı qarşısında humanitar xarakterli dinc aksiyanın qəddarcasına dağıdılmasının da ictimai təhlükəsizliklə əlaqəli olduğuna inanmaq çətindir. Həmçinin ABŞ və Avropanın inkişaf etmiş ölkələrində jurnalistlərin təqib olunması, informasiya resurslarının izlənməsi, bloqqerlərin həbsi və digər hüquq pozuntuları ilə bağlı kifayət qədər faktlar mövcuddur. Əlbəttə, bütün bu hallar ümumiləşdirilərsə, dünyanın ən inkişaf etmiş ölkələrində belə demokratiyadan əsər-əlamət olmadığı iddia edilə bilər. Sual olunur: nəyə görə Azərbaycanı tənqid edən məlum dairələr bu faktları ümumiləşdirərək həmin ölkələrdə demokratiyanın durumuna münasibət bildirmirlər? Təəssüf ki, bu ikili standartlar Qərbin bəzi dairələrinin hətta region ölkələrinə münasibətində də özünü açıq şəkildə büruzə verir.

Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi qətnamə, ABŞ-ın ATƏT-dəkı və Avropa Parlamentindəki nümayəndəsi tərəfindən düzgün məlumatlandırılmayan Prezident Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı ifadə etdiyi fikir, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Varşavada keçirilən illik hesabat toplantısında səsləndirilən mülahizələr, habelə “Human Rights Watch”, “Freedom House” və digər bu kimi xarici təşkilatların iddiaları obyektiv deyil və dövlətimizin müstəqil siyasətinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir.

Həmin dairələrin nəzərinə çatdırmaq istərdik ki, hər bir hakimiyyətin, o cümlədən Azərbaycan iqtidarının qarşısında duran başlıca vəzifə xalqın milli maraqlarını, cəmiyyətin davamlı inkişafını və təhlükəsizliyini, ölkədə ictimai-siyasi sabitliyi, əmin-amanlığı təmin etməkdən ibarətdir. Azərbaycan müstəqil ölkədir, öz daxili və xarici siyasətini xalqın milli maraqlarına uyğun şəkildə həyata keçirir və heç bir halda tutduğu yoldan geri çəkilmək və kimlərinsə istəyinə uyğun hərəkət etmək niyyətində deyil.