Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ
Tarix: 25-03-2019 11:34
Ukraynada prezident seçkilərinin keçirilməsinə bir həftə qalmış namizədlərin reytinq siyahısı açıqlanıb.
Kiyev Beynəlxalq Sosioloji İnstitutunun martın 14-23-də keçirdiyi rəy sorğusuna əsasən, ikinci tura hazırki prezident Petro Poroşenko, şoumen Vladimir Zelenski və Ukraynanın sabiq Baş naziri, "Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun şansları daha yüksək qiymətləndirilib. Namizədlərin reytinqində V.Zelenski (32,1 faiz) birinci, P.Poroşenko (17,1 faiz) ikinci yerdədir. Y.Timoşenko isə 12,5 faizlə ilk üçlüyü tamamlayıb.
Martın 31-də keçiriləcək prezident seçkilərində 39 namizəd mübarizə aparacaq. (Azərtac)
Seçilmişlər
Ən çox oxunanlar