Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

“O qərar bankları müflis edə bilər”- Mərkəzi Bankın baş direktoru

Tarix: 07-05-2015 17:00   
“O qərar bankları müflis edə bilər”- Mərkəzi Bankın baş direktoru
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun dollar kreditlərinin hansı məzənnə ilə qaytarılmasını aydınlaşdırmaq üçün iclası keçirilib.

“Qafqazinfo”nun məhkəmədə iştirak edən əməkdaşının verdiyi məlumata görə, prosesdə tərəflər dinlənilib və Konstitusiya Məhkəməsinin sədri bildirib ki, yaxın günlərdə dollar kreditləri ilə bağlı qərar açıqlanacaq.

Qeyd edək ki, məhkəmədə tərəflər Göyçay Rayon Məhkəməsi, Ombudsman Aparatı, qarşı tərəfdə isə Azərbaycan Mərkəzi Bankı və Milli Məclis olub. Belə ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərmişdi.

***

Ombudsman Aparatının sektor müdiri Mahir Məmmədov çıxış edərək Mülki Məcəllənin 439-cu maddəsinin Konstitusiyanın 19-cu maddəsi ilə ziddiyət təşkil etdiyini geniş formada şərh edib.

Göyçay Rayon Məhkəməsinin hakimi Elxan Babayev çıxış edərək bildirib ki, onlar martın 19-da Konstitusiya Məhkəməsinə müraciət etmək barədə qərar qəbul ediblər: “Buna səbəb isə Mərkəzi Bankın fevralın 21-də devalvasiya ilə bağlı qərarından sonra ortaya çıxan məsələlər oldu. “AtaBank” vətəndaş Seymur Osmanov, onun ailə üzvləri və digər şəxslər barədə məhkəməyə müraciət edib. Deməli, 2012-ci ilin iyulun 12-də “Atabank” Seymur Osmanov üçün 25 min manat məbləğində 24 faizlə 24 aylıq kredit ayırıb. 2013-cü ildə Seymur Orucov təkrar kredit üçün banka müraciət edib. Bu dəfə də ona 30 min manat məbləğində kredit ayrılıb. Bankla borclanan arasında imzalanmış müqavilədə devalvasiya olarsa, ödənişin necə aparılması haqda normalar öz əksini tapmayıb. Amma kreditin dollarla verildiyi və dollarla qaytarılacağı qeyd olunub. Veriləcək qərarın ayrı-ayrı şəxslərin varlanmasına deyil, qanunun aliliyinə xidmət edəcəyinə əminik”.

Bundan sonra Bakı Dövlət Universitetinin dosenti Azad Talıbov, Ali Məhkəmənin hakimi İlqar Dəmirov və Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov çıxış edərək qanunvercilikdə bu halların nəzərdə tutulduğu maddələr barədə öz fikirlərini bildiriblər.

Mərkəzi Bankın baş direktoru Rəşad Orucov isə çıxışında bildirib ki, başqa formada veriləcək qərar bankları müflis edə bilər: “Konstitusiyanın 19.3-cü maddəsində göstərilir ki, ölkə daxilində manatdan başqa valyutada ödəniş vasitəsi qadağandır. Qanunvercilikdə ödəniş anlayışının hüquqi izahı verilməyib. Mülki Məcəllənin 739-cu maddəsində göstərilir ki, borca görə bank mülkiyyəti hüququnu borclanan verir. Borc alan isə onu qaytarmağı öz üzərinə götürür. Pul qanunvericilikdə əşya kimi qiymətləndirilir. Borclanan isə aldığı əşyanı olduğu kimi qaytarmalıdır. Mülki Məcəllənin 444.1-ci maddəsində göstərilir ki, banklar qəbul etdikləri əmanətləri də olduğu kimi qaytarmalıdır. Yəni, götürdüyü valyuta ilə qaytarmalıdır. Bu məsələ barədə qərar verərkən qanunvercilikdən başqa iqtisadi yön də nəzərə alınmalıdır. Başqa cür qərar verilərsə, bankların cəlb etdiyi xarici valyutalarda olan aktivlər də risk altına alınacaq. Banklar itki ilə üzləşəcəklər. Hazırda bank sektorunda aktivlərin 86 faizi cəlb etdikləri pullardan ibarətdir. Əhalinin banklarda olan əmanəti 7,8 milyard manat məbləğindədir. Son aylarda isə əhali öz əmanətlərini kəskin olaraq manatdan dollara dəyişir. İlin əvvəlində əmanətlərin 37 faizi xarici valyutada idisə, hazırda əmanətlərin 65 faizi dollarladır. Bu səbəbdən bankların əmanətlərə görə ödəməli olduğu məbləğ 800 milyon manat artıb. Bu məsələdə fərqli bir qərar qəbul edildiyində, bu itki əhəmiyyətli dərəcədə arta bilər. Nəticədə, bankların əhalinin əmanətlərini ödəməsi risk altına düşər. Bu halda bank sektorunda yaranan itki dövlət hesabına kompensasiya edilməli olacaq. Bunun üçün də büdcədən xərclər ayrılmalı olacaq. Bundan sonra biznes sahələrində inkişaf zəifləyər. Dövlət büdcəsi həm əlavə xərclərlə yüklənər, həm də biznes sahəsi zəiflədiyi üçün vergilər azalar. Bu da ölkə iqtisadiyyatını zəiflədər və risk altına qoyar. Bir misal göstərə bilərik ki, 2008-ci il böhranı zamanı Böyük Britaniya bu cür halları aradan qaldırmaq üçün büdcədən 1,6 trilyon funt-sterlinq pul ayırdı. Veriləcək qərardan sonra banklardan xarici valyuta borclar geri tələb oluna bilər. Bundan sonra domino effekti ilə iqtisadiyyat tamamilə zəifləyər”.

Milli Məclisin aparatın şöbə müdiri Rövşən Muradov da çıxış edərək bank rəsminin sözlərinə dəstək verib