Azərbaycanın sosial-iqtisadi inkişafı ekonometrik modelləşdirmə vasitəsi ilə qiymətləndiriləcək
Tarix: 04-05-2015 12:50
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasında davamlı sosial-iqtisadi inkişafın təhlili və ekonometrik modelləşdirmə vasitəsi ilə qiymətləndirilməsi” layihəsinin icrasına başlanılmışdır. Layihənin rəhbəri, professor Ramiz İsgəndərovun bildirdiyinə görə, birinci mərhələdə sosial-iqtisadi inkişafın davamlılığını xarakterizə edən göstəricilərin aşkarlanması və təhlili istiqamətində iş aparılmışdırr: "Bildiyiniz kimi sosial - iqtisadi inkişafın davamlığı dedikdə elə bir inkişaf prosesi nəzərdə tutulur ki, cari zamanın tələblərini ödəyərək, gələcək nəsillərin maraqlarına ziyan vurulmur. Davamlı inkişafın məqsədi isə ətraf mühitə ziyan vurmadan, əhalinin yüksək həyat səviyyəsini təmin etməkdir. Bu məqsədə nail olmağın zəruri şərti –iqtisadi inkişafın nəticələri ilə əhalinin həyat keyfiyyətinin və ətraf mühitin bir ölçüdə təhlilidir. Bunun üçün elə göstəricilər sisteminin formalaşdırılması problemi qarşıya çıxır ki, məhz bu göstəricilər sisteminə əsaslanaraq iqtisadiyyatın, təbiət və cəmiyyətin qarşılıqlı inkişafının vəziyyəti barədə kompleks qiymətləndirmə aparmaq mümkün olsun.
Ölkənin davamlı sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilər sisteminin təhlili iqtisadiyyatın, təbiət və cəmiyətin qarşılıqlı əlaqəsinin cari vəziyyəti və inkişaf tendensiyası barəsində kompleks qiymətləndirmə əldə etməyə imkan verir. Bu isə öz növbəsində ölkənin sosial- iqtisadi inkişaf strategiyasının proqnozlaşdırılması prosesində istifadə olunan ən mühüm amildir”.
Professor Ramiz İsgəndərov qeyd etmişdir ki, layihənin birinci mərhələsində sosial-iqtisadi inkişafın davamlığını xarakterizə edən göstəricilər müəyyən olunmuş, onların inkişaf dinamikası 2000-2013 ci illər üzrə təhlil edilmişdir. Bu təhlillər zaman Azərbaycan Respublikası həyata keçirilən sosial- iqtisadi inkişaf strategiyasının uğurlu nəticələr verdiyi bir daha təsdiqini tapmışdır: "Azərbaycanda adambaşına düşən ÜDM-nın artım tempi kifayət gədər yüksəkdir və bu da iqtisadi artımın son illərdə davamlı xarakter daşıdığını göstərir. Belə ki, 2013-ci ildə ÜDM-nin həcmi 58182 mln. manat təşkil edərək 2000-ci illə müqayisədə 12 dəfə artmışdır. Adambaşına düşən ÜDM-nin həcmi 2013-ci ildə 6258,3 manat təşkil еdərək, 2000-ci illə müqayisədə 10 dəfədən çox artmışdır.
1996-cı ildən başlаyaraq ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşu genişlənmişdir ki, bu da davamlı inkişafının gələcək perspektivlərinə təminat verən amillərdəndir. Belə ki, ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşu 2000─2013–cı illərdə orta hesabla hər il 1 milyard dollardan çox olmuşdur. Bu illərdə iqtisadiyyatda xarici mənbələr hesabına qoyulan investisiya dövlət büdcəsi gəlirlərindən 3 dəfə çox olmuşdur. 2013-cü ildə ümumi invesiyaların həcmi 21974,2 mln. man. təşkil etmişdir, bu isə 1995-ci illə müqayisədə 45,7 və 2000-ci illə isə 17 dəfədən çox olmuşdur. Təhlil edilən dövr ərzində ciddi dəyişiklərə məruz qalan iqtisadi gostəricilər arasında əhalinin gəlirləri və xərcləri haqqunda məlumat mühüm yer tutur. Belə ki, 2000-2013-cu illərdə əhalinin gəlirləri 9.3, xərcləri isə- 8,6 dəfədən cox artmışdır. Ölkə üzrə orta nominal əmək haqqı da bu dövrdə 10 dəfədən çox artıb. Biz növbəti mərhələdə isə sosial-iqtisadi inkişafın davamlığını xarakterizə edən göstəricilər arasında əlaqələri çoxölcülü statistik usullar və ekonometrik modelləşdirmə vasitəsi ilə qiymətləndirməyi planlaşdırırq”.
Seçilmişlər
Ən çox oxunanlar