Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Eldəniz Elgün:“Biz erməniləri tanımırıq”

Tarix: 16-02-2015 22:36   
Eldəniz Elgün:“Biz erməniləri tanımırıq”
Düşmənə qalib gəlmək üçün onu yaxşı tanımaq lazımdır. Bu iddianı şərqin də, qərbin də da fikir adamları müxtəlif formalarda min illərdir deyir. Ancaq bundan düzgün nəticə çıxaran millət kimi formalaşa bilən xalqlardır. Azərbaycan insanı yüz ildən çoxdur gah qızışan, gah da səngiyən erməni-türk davalarına tanıq olsa da qarşı tərəfi düzgün dəyərləndirə bilmir. İtkilərin, haqqını bərpa edə bilməmənin səbəbini də elə burada axtarmaq gərəkdir.

Erməniləri kiçildərək xalq saymayanımız da var, yaxın tarixdəki savaşda elini, yurdunu, qohum-qardaşını itirdikdən sonra erməniləri düşmən gözündə görənimiz də, işğal faktoruna, aradakı qan-qadanı kənara qoyub erməniləri təsəvvüründə yaxşı məhəllə adamı statusunda saxlayınımız da. Dünyanın güclü beyin mərkəzləri etno-psixoligoya ilə bağlı araşdırmalar aparır, müxtəlif xalqların, xüsusən münaqişədə olan toplumların xarakterlərini açmağa çalışır. Azərbaycanda isə yaxın zamanlara qədər erməni psixologiyasını açan elmi əsər yox idi. Yaxın günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının və AMEA-nın İnsan Haqları İnstitutunun dəstəyi ilə Eldəniz Elgünün “Erməni psixologiyası” adlı kitabı çapdan çıxıb. Daha çox televizyonçu kimi tanınan Eldəniz Elgün nə az, nə çox, düz 7 ilini bu əsərə sərf edib. Onunla söhbətdə erməniləri nə qədər tanıdığımızı aydınlaşdırmağa çalışdıq.

- Eldəniz bəy, elm etno-psixologiyanı öyrənməyin bir neçə yolunu təklif edir. Bu kitabda daha çox hansı metodikadan istifadə etdiz? Hansı qaynaqlardan yararlandız, ermənilərin psixologiyasını öz dilləri iləmi açmağa çalışdız, yoxsa başqa xalqların onlar haqqında dediklərini əsas götürdüz?

- Əsasən Fransa və İtaliya psixoloji məktəblərindən. Ermənilərlə əsrlərdir qonşuyuq, ancaq onlara real qiymət verə bilmirik. Gah deyirik, onlar heç kimdir, gah da deyirik ki, ermənilər ciddi qüvvədirlər. Real qiymət verməməyimizin bir səbəbi onları tanıya bilməməyimizdir. Ona görə də düşündük ki, erməni psixologiyasını açmaq üçün fundamental bir elmi əsərə ehtiyac var. Kitabda 3 istiqamət birləşib. Birinci istiqamətdə məsələyə mövcud psixoloji nəzəriyyələrlə yanaşdıq. Bu bölümdə testlərdən, nəzəri baxışlardan istifadə etməklə ermənilərin hansı insan tipinə, hansı baxışlara malik olduqlarını müəyyən etməyə çalışmışıq. İkinci mərhələ birbaşa təmaslardan alınan nəticələrdir. Türkiyədə, Gürcüstanda oldum, orada ermənilərlə münasibətlər yarıtdım. Onları öz dillərindən öyrənməyə çalışdım.

- Ermənilər onlarla hansı məqsədlə təmas qurduğundan xəbərdar idilərmi?

- Xeyir. Biz sadəcə münasibət yaradır, müxtəlif məsələlərlə bağlı müzakirələr keçirirdik, beləliklə də onların konkret məsələyə daha çox hansı prizmadan yanaşdığı aydınlaşırdı. Bu təmaslar nəzəri sistemlərlə çıxardığımız nəticələrin reallığa nə qədər uyğun olub-olmadığını dəqiqləşdirmək üçün çox vacib idi. Araşdırmalarımız göstərdi ki, cüzi yanlışlıqlarla nəzəriyyə bir xalq haqqında dəqiq, dolğun təsəvvür yarada bilir.

- Nəticə nədir, ermənilər kimdir, necə bir toplumdur?

- Ermənilər təpədən-dırnağa NLP (Neyro Linqvistik Proqramlaşdırma) ilə idarə olunan toplumdur. NLP son dönəmlər Avropadan şərqə axın edən bir sistemdir. Bu sistem “necə milyoner olmalı”, “necə xoşbəxt olmalı” tipli ümumi məsələlər qoymaqla faktiki olaraq insanları öz genetikasından qoparır. İndi Azərbaycanda da bu sistemi tətbiq edən geniş bir şəbəkə yaradılıb. NLP-ni yararlı sayanlar deyir ki, bu sistem insanı həyatının uğursuz dönəmlərindən qoparıb onda gələcəyə inam yaradır. Məsələn, uşaqlıqda insan kasıb ailədə böyüyübsə, bu onda psixoloji travma yarada bilər.



NLP insanları bundan qoparmağa yönəlib. Ancaq bu, yanlış bir sistemdir, çünki insanı gerçəklikdən qoparır, getdikcə reallıq hissi itir, insan illüziyalarla yaşamağa başlayır. Ermənilər NLP ilə idarə olunduqları üçün milli məsələləri ilə bağlı son dərəcə qeyr-real istəkləri yaranır. Bu, erməni xalqının içərisində formalaşan psixologiya deyil, onu kənardan gətiriblər. Ortaçağda Ceyms Rocer adlı bir psixoloq yaşayıb, sonra onu edam ediblər.

Onun psixologiyaya maraqlı yanaşması var. Məsələn, xəstə onun yanına gəlib deyəndə ki, məsələn, mən zürafəyəm, Rocer bunu təsdiq edirdi. Deyirdi, bəli, sən zürafəsən, ancaq insan cildində görünürsən. 2 aylıq müalicə kursundan sonra insan öz dediyini inkar edir və deyirdi ki, yox, mən zürafə deyiləm, insanam. Bu üsul insana istədiyini verməklə onu inkar etməyə sövq edir və onu reallığa gətirir. Ermənilərin də belə bir müalicəyə ehtiyacları var.

“Bir toplumu idarə etmənin ən rahat yolu şüursuz idarəetmədir”


- Erməniləri daha çox hansı insan tipinə aid etmək olar?

- Çoxluq melanxoliklərdir. Belə insanlar ətrafdan təcrid olunmağa həvəsli olurlar, geniş anlamda da qapalı cəmiyyətləri sevirlər. Onlarda bir az sanqvit insan tipinə meylləndirmə də var – comərd, çapıb-talayan tip. Beləliklə də bir tərəfdə qara paltar geyinib özünə qapanan, digər tərəfdə hər an əlinə silah alıb qarşısındakına hücum etməyə hazır insan görürük.

- Bəs biz?

- Bizim toplum daha çox özündənrazılıq hissi ilə formalaşıb. Ermənilər özünüqoruma ilə hərəkət edir, biz özündənrazılıq ilə. Özünüqoruma hissi olan yerdə də mütləq hücum olur. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinin psixoloji aspektdən açılışı budur. Toplum olaraq biz onlara düzgün yanaşmırıq. Biz erməniləri tanımırıq.



- Erməni toplumunun psixoloji durumuna kilsənin təsiri nə qədərdir?

- Çox böyük. Psixologiya elmi deyir ki, bir toplumu idarə etmənin ən rahat yolu şüursuz idarəetmədir. Bəzi toplumlarda şüursuz idarəetməyə həvəs var. Ermənilər də belə toplumlara aiddir. Biz isə şüurlu idarə olunmağa həvəsliyik. İdarə olunanda bunu dərk edirik və nələrinsə xətrinə susuruq. Ermənilərin şüursuz idarə edilməsində əsas rolu kilsə oynayır. Ona görə də onlarda bir bütövlük var. Bəzən bu bütövlük bizi qorxudur. Ancaq mənə elə gəlir yaxın 10-15 ildə erməni cəmiyyəti kilsədən sürətlə uzaqlaşacaq. Çünki bu sistem toplumu zombiləşdirir, ermənilərin düşünər kəsimi bunun fərqindədir. Erməni kilsəsi xristianlığın əsas 3 amili – ata, oğul, müqəddəs ruh əsasında ata, oğul, müqəddəs toplum sistemi yaradıb. Müqəddəs toplum anlayışı erməniləri gerçəkliklərdən tam uzaqlaşdırıb, mifik bir təfəkkürlə yaşamalarına, hərəkət etmələrinə şərait yaradıb. “Böyük Ermənistan”, “ən qədim xalq” düşüncələri də bu sistemin təlqinidir. Xristianlığın digər qollarından fərqli olaraq, erməni kilsəsi psixologiyaya həddən artıq üstünlük verir. Bir toplumu şüursuz idarəetməyə gətirmək üçün yüzillərlə miflər genişləndirilib. Ancaq ermənilər içərisində bu sistemə etiraz edənlər çoxalır.

- Kitabın yazılma dönəmində ermənilərlə təmaslarınız olduğunu dediniz. Aprel ayında ermənilər “soyqırım”ın 100 illiyini qeyd etməyə çalışır. Bu gün yaşayan ermənilər bu iddialara gerçəkdən inanır, yoxsa, soyqırımın təbliğat vasitəsi olduğunu dərk edir?

“Ermənilərin şüursuz idarə edilməsində əsas rolu kilsə oynayır”


- Heç şübhə etmirəm ki, ermənilər bunun daha çox təbliğat olduğunu anlayır. Hətta Şarl Aznavur kimi erməni qurumlarına milyonlar xərcləyən bir şəxs deyir ki, erməni milləti artıq soyqırım bataqlığından çıxmalıdır. Məsələ burasındadır ki, “böyük Ermənistan” və “soyqırım” məsələsi erməniləri bir arada saxlayan sütunlardır. Millətin şüurundakı bu sütunlar sökülsə, düşüncədə milləti bütöv saxlayacaq heç nə qalmır. Ancaq ermənilər başa düşürlər ki, bu prosesi süni uzatmağın da xeyri olmayacaq. Bu gün dünyada sərhədsizləşmə prosesi gedirsə, bu cür torpaq iddialarına dayanan düşüncə hansı yaxşı perspektivi vəd edə bilər? Ona görə də diaspor qurumlarının gücü əvvəlkilərə nisbətən zəifləyib.



Düşünürəm ki, 10-15 il sonra erməni toplumu reallığa qayıtmalı olacaq və mifik düşüncədən sürətlə uzaqlaşacaq. Bir zamanla dünyada bir erməni həmrəyliyi var idisə, bu gün o həmrəylik çox kövrəkdir. Ermənistanda yaşayan erməni ilə Türkiyədə yaşayan, Rusiyada, Avropada yaşayan erməni artıq eyni düşünmür. Sabah ermənilərin milli məsələ dediyi problemlər gündəmə gəlsə, onların həmrəyliyi daha az müşahidə olunacaq. Ermənistanla erməni lobbisi arasında əlaqə yavaş-yavaş zəifləyir.

Biz erməni və yəhudi lobbisi arasında müqayisə aparsaq durumu daha aydın təsəvvür edə bilərik. Bu gün yəhudi lobbisi nə qədər güclü olsa belə İsrailin ehtiyac duyulan məqamda ona təsir edə bilir. Ermənistanın isə yedək bir təşkilata çevrilib, diaspora təsir imkanları yoxdur. Çünki ermənilər müstəqilliyə keçiddə bu toplumu xalq kimi formalaşdırmağa həvəsli olmadılar, bir partiya kimi formalaşdılar. İndi anlayırlar ki, bu yanlış bir yoldur və təcridə aparır.

- Əsəri Azərbaycandan kənarda hansısa elmi mərkəzlərə təqdim etmisinizmi?

- Bəli. Türkiyədə artıq tərcümə başa çatıb. Bu işi üzərinə götürən Milli Məclisin üzvü Qənirə Paşayevaya bir daha təşəkkür edirəm. Yaxın zamanlarda Türkiyədə kitabın prezentasiyası keçiriləcək. Bundan başqa əsər ingiliscəyə və ruscaya çevrilir. ABŞ-ın Harvard Universiteti daxil, bir neçə elmi mərkəzi əsərlə maraqlanıb. Onu da vurğulayım ki, bu ilkin variantdır. 680 səhifəlik araşdırma tam şəkildə sentyabr ayında işıq üzü görəcək.

Kitabın ortaya çıxmasında və mənəvi dəstəyə görə akademiyanın prezidenti Akif Əlizadəyə, vitse-prezident İsa Həbibbəyliyə və EA-in İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayevaya xüsusi təşəkkürümü bildirirəm.