Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

İcra başçısının döyülməsi ilə bağlı iki rəsmi açıqlama

Tarix: 11-12-2014 21:16   
İcra başçısının döyülməsi ilə bağlı iki rəsmi açıqlama
Gəncədə Nizami rayon İcra Hakimiyyətinin başçısı və müavininin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı Gəncə və Kəlbəcər İcra Hakimiyyətləri münasibət bildirib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev bildirib ki, heç bir sakin incidilməyib: "Orada sakinlərə dəllalar tərəfindən qanunsuz olaraq torpaqlar satılıb. Sakinlər də indi onlardan pulunu tələb edirlər. Yəni hadisə həmin dəllallar tərəfindən törədilib. Həmin hadisəni törədən şəxslər də həbs edilib”.

İcra başçısının müavini vurğulayıb ki, orada yalnız qanunsuz hasarlar sökülüb: "Məcburi köçkünlər üçün qəsəbələr salınıb. Dünən insident yaşanan ərazidə olan tikililərdə yaşayış olmayıb”

N. Həmzəyevin sözlərinə görə, Gəncə Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev hadisədən bir gün öncə Kəlbəcər sakinləri ilə görüş keçirib: "Sakinlər görüşdən razı qalmışdı”.

Məsələ ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İH nümayəndəsi Əbülfəz Mehdiyev isə bildirib ki, həmin tikililərin qanuni sənədi yoxdur: "Lakin qışın soyuğunda insanların tikililərini sökmək doğru deyil. Onlar orada 1993-cü ildən məskunlaşıblar”.

Qeyd edək ki, Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərib(Lent.az).