Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Səbuhi Rəhimli 2015-ci il üçün proqnozlarını açıqladı

Tarix: 08-12-2014 12:54   
Səbuhi Rəhimli 2015-ci il üçün proqnozlarını açıqladı
“Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli Modern.az-a müsahibə verib.

Sayt əməkdaşları ilin sonu olduğu üçün təbii ki, Səbuhi Rəhimli ilə üzümüzə gələn 2015-ci ilin proqnozları barədə danışdıblar.

Amma müəyyən məsələlər, elmi, sirli məqamlar var idi ki, hamı üçün maraqlı olan proqnozlardan sonra onlara da toxunublar.

- Gələn ilə uğurlu və uğursuz tərəflərdən baxaq. 2015-ci ili necə xarakterizə edərdiniz?

- 2015-ci il göy keçi ilidir. İlin aparıcı planeti Yupiter olduğu üçün onun himayəsində olan iki bürc - balıqlar və oxatan aparıcı bürclər olacaq. Aparıcı illər isə keçi, qaban və pişik illəridir. Mart, dekabr uğurlu aylar sayılır, iyun, sentyabr isə uğursuz aylardır. İl boyu düşərli günlər bazar ertəsi, cümə axşamı, ağır günlər isə çərşənbə axşamı və şənbə günləri olacaq. Bu günlərdə diqqətli olmaq lazımdır.

İlin rəngləri göy və bənövşəyidir. İlin daş-qaşı isə sapfir, ametis və zümrüddür.

Mən hər il hansı ölkələrin daha aktiv olacağə barəsində də məlumat verirəm. Çox zaman bu, düz çıxıb. Gələn il Orta Asiya, Rusiya, Macarıstan, İtaliya, İspaniya, köhnə Yuqoslaviya, Latın Amerikası (Meksika və Braziliya xaric) daha aktiv olacaq. Bunların da hamısının önündə ərəb ölkələri gələcək.

- 2015-ci il fikrinizcə, Azərbaycan üçün nə ilə yadda qalacaq?

- Keçi ili həmişə incəsənət simvolu olub. İncənət aləmində keçi ilində həmişə böyük irəliləyişlər, yeniliklər olub. Kiminsə sensasion şəkildə parlamasına gətirib çıxarıb. Keçi antik dövrdən bu yana simvollaşdırılıb. Yəni öndə gedən, öz arxasıyca aparan bir simvol kimi göstərilib. Ona görə də liderlik kiminsə potensialında varsa, o, 2015-də bunu alındıra biləcək. Keçi ilində bəlkə də heç kəsin ağlına gəlməyən insanlar özünü lider kimi göstərə bilib.
Keçi illərində sui qəsdlər də çox olur. Amma hansısa bir təbii fəlakət, müharibə və yoxdu.

- Qarabağ məsələsində hansısa yenilik barəsində bir söz demək olar?

- Qarabağ məsələsində 2001-2012-ci illərdə nəyinsə olacağını proqnozlaşdırırdıq. Mən bəlkə də yüz yerdə demişdim ki, 2012-ci ilə qədər nə oldusa oldu, olmadısa bu münaqişə uzanacaq. Dünyanı idarə edənlər onu münaqişələr hesabına saxlayır. Odur ki, bu məsələ uzanacaq.

- Proqnozdan uzaqlaşıb sizə yaxın olan elmi məxəzlərdən danışaq. Məsələn, kainat nizamı və onun insana təsiri barədə...

- Müqəddəs kitabımızda yazılıb ki, Allah gözə görünən və görünməyən nə varsa, onların hamısını insana xidmət üçün yaradıb. Kainatda da ağacdan tutmuş torpağa, atmosferə qədər nə varsa, onlar da insana xidmətdədir. Atmosferdən kənarda olanlar barədə də bunu deyə bilərik. Yerin peyki olan Ayı götürək. Ayda baş verən proseslər, suda qabarma və çəkilmələrə səbəb olur. İnsan orqanizminin də 60-70 faizi su olduğu üçün bu, insana da təsirsiz ötüşmür. Əgər Yerdən balaca olan Ay insana bu qədər təsir edirsə, onda yerdən dəfələrlə böyük olan Yupiter, Saturn və başqa planetlər, səma cisimləri də xüsusi bir səbəblə yaradılıb və onlar da insanlara təsir edə bilər.

Deməli, kainat xüsusi bir nizamla yaradılıb. Astronomlar kainatın kütləsini, ölçüsünü, həcmini müəyyən elmi tərəflərini öyrənirsə, biz bunun insanlara onların, səhhətinə, ictimai-siyasi proseslərə təsirini öyrənirik. XX əsrin də ən böyük uğuru o olub ki, dünya elmi tibbi astrologiyanı qəbul edib. Tibb müəssisələrində bu gün onu tətbiq edirlər. Elə günlər var ki, bədənə skalter dəyməməlidir.

Elə günlər var ki, cərrahiyə əməliyyatı aparılmamalıdır. İndi bu bizdə o qədər də inkişaf etməyib, xüsusən də materialist insanlar bunu xurafat adlandırır. Amma biz öz fikrimizdə qalırıq. Bu işi heç də xurafat hesab etmirik. Allah kainatı elə nizamla yaradıb ki, bütün planetlər bəlli bir xətdə hərəkət edir. Nə sağa gedir, nə də sola. Ona görə də müxtəlif təqvimlər yaranır. Aya görə qəməri təqvimi yaranıb, Günəşə görə şəms təqvimi var, Yupiterə görə Çin –yapon təqvimi var.

Bunu kimsə qəbul etmirsə, onun problemidir, bizim yox. Bəzən deyirlər ki, Allahın işinə qarışmaq günahdır. Amma elə indidən bilinir ki, 2015-ci ildə günəşdə tam tutulma olaacaq. Gününə, saatına, hətta dəqiqəsinə qədər bəllidir. Bu, Allahın işinə qarışmaq deyil. Bunu elə Allahın verdiyi elmlə hesablayıblar.

- Hər peyğəmbərin öz missiyası var idi. Səma cisimləri, göy aləmindən xəbərlər çatdıran da İdris peyğəmbər olub. O, kainat və insan arasındakı bir vasitəçi kimi niyə hələ də sirr olaraq qalıb?

- Bəri başdan onu deyək ki, İdris peyğəmbər Nuh peyğəmbərin babası olub. İlkin çağlarda Nuhun tufanına qədər insanlarda vahid bilgi sistemi olub.

Hələ o vaxtkı kitablarda 12 planetin olması yazılırdı.

Halbuki, 1932-ci ildə Uran planeti kəşf olunub. Amma bu hələ o vaxt yazılmışdı.

Qurani kərimin özündə də elə şeylər var ki, heç indi də tam aşkar edilməyib. Qədim dönəmdəki alimlərin yazdığı indi üçün də aktualdır. O zaman heç nə olmayıb, nə teleskop, nə mikroskop, nə bilgisayar. Onlar necə edib, bu hələ də bilinmir.

Mənə elə gəlir ki, insanlıq günaha batdıqca, Allah yaddaşı silib və insanlar da o itirilmiş bilgiləri yenidən bərpa etməyə çalışıb.