İlham Əliyev daha bir sərəncam imzaladı
Tarix: 08-09-2014 23:18
Azərbaycan Prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlərdən bəhs edir..
Sərəncamda qeyd olunur ki, 28 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Siyəzən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Seçilmişlər
Ən çox oxunanlar