Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Vasif Talıbovun övladları Bilgəhdə 110 sot torpaq alıb - SƏNƏDLƏR

Tarix: 23-09-2020 12:04   
Vasif Talıbovun övladları Bilgəhdə 110 sot torpaq alıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun övladları Seymur Talıbov və Bahar Talıbovanın Bilgəh qəsəbəsində dəniz qırağında 110 sot torpaq sahəsi var.

Belə ki, torpağı Sabunçu rayonu, Bilgəh qəsəbə bələdiyyəsi tərəfindən zəbt olunan Hacıyeva Sevil İsfəndiyar qızının hüquqlarını müdafiə edən hüququşünas Nicat Gözəlov Unikal.org-un redaksiyasına kifayət qədər sübutlarla dolu olan məhkəmə sənədləri təqdim edib.

Nicat Gözəlovun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi S.Hacızadəyə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13 mart 1992-ci il tarixli 378 nömrəli sərəncamı ilə Bilgəh bağlar sahəsində 59 nömrəli Bağlar Təsərrüfatı Kooperativinin nəzdində 12 sot torpaq sahəsi olan 1865 nömrəli bağ verilib. Həmin sərəncama əsasən 108 nömrəli orderdə S.Hacızadəyə təqdim edilib. Orderdə xanımın istifadəsinə verilmiş bağın sərhədləri yerdə və xəritədə müəyyən edilmiş və sahə ölçülüb ona təhvil verilib:

"Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən sorğumuza verilən cavabda sərəncam və orderin hazıra qədər ləğv edilməsi ilə bağlı məlumat yoxdur. Həmçinin məhkəmədə cavabdeh tərəf olan DƏDRX-nin Bakı Ərazi İdarəsinin məktubunda da göstərilir ki, “Bakı şəhəri İcra hakimiyyəti başçısının 13 mart 1992-ci il tarixli 378 nömrəli sərəncamı ilə Sevil Hacızadəyə verilmiş 12 sot bağ sahəsinin digər şəxsin adına keçməsi barədə məlumat aşkar edilməyib”. Bundan sonra cavabdehə qarşı “Bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair “ iddia qaldırdım. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.06.2017-ci il qərarı ilə iddiam qismən təmin edilmiş, iddiaçının “Bağ sahəsinə hüquqların daşınmaz əmlakın qeydiyyata alınması barədə” ərizəsinə məhkəmənin hüququ mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınıb. Həmin qərarın icrası ilə bağlı DƏDRX Bakı şəhər Ərazi İdarəsi yenidən sənədləri qəbul etmiş və 04.10.2017-ci il tarixli məktubla "adıçəkilən daşınmaz əmlakın mövcudluğunun, həmçinin sərhəd koordinatlarının yerində dəqiqləşdirilməsi öhdəliyinin qoyulması ilə bağlı məhkəmə qərarına dair Xidmətdə hər hansı məlumat aşkar edilməmişdir” kimi cavablandırmışdır. Bunun ardınca DƏDRX Bakı şəhər Ərazi İdarəsi 10.10.2017-ci il tarixli məktubunda bildirib ki, “aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır, ona görə də, ərizənin icrasından imitina edilir”.

Hüquqşünas Nicat Gözlovun təqdim etdiyi sənədlərdən aydın olur ki, 2007-ci il 05 avqust tarixində Sabunçu rayon Bilgəh bələdiyyəsi Xəzər dənizinin cənubunda yerləşən 55 sot torpaq sahəsini akt tərtib edərək 14 960 manat müqabilində Talıbov Seymur Vasif oğluna satıb. Bundan 20 gün sonra isə 2007-ci il 25 avqust tarixində eyni ərazidə Sabunçu rayon Bilgəh bələdiyyəsi Xəzər dənizinin cənubunda yerləşən digər 55 sot torpaq sahəsini akt tərtib edərək 14 960 manat müqabilində Talıbov Bahar Vasif qızına satıb.

Qeyd edək ki, həmin vaxt Bilgəh bələdiyyəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası kimi tanınan, dəfələrlə Milli Məclisin deputatı olan Hacı Qalib Salahzadə olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 17.04.2007-cil il tarixli Fərmanı ilə bələdiyyələrə ancaq hərrac yolu ilə öz ərazisində qeydiyyatda olan şəxslərə öz torpaqlarını satmağa icazə verilir. Alqı-satqı sənədlərindən görünür ki, Seymur və Bahar Talıbovlar Naxçıvan şəhər qeydiyyatındadılar. Həmçinin onu da xatırladaq ki, qanunvericilik ancaq 6 və ya 12 sot torpağın vətəndaşlara satılmasına imkan verir.

Həmçinin bələdiyyənin bağ torpaqlarını satmağa və ya idarə etməyə ixtiyarı yoxdur.

Bundan sonra Talıbovlar 2013-cü ildə bələdiyyədən aldıqları torpaqlara DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 0239067 və 0244240 saylı çıxarışlar alıblar. 28.06.2018-ci il tarixdə isə RX seriyalı 1332787 saylı çıxarış ilə Bilgəh qəsəbəsi, Nardaran-Bilgəh yolu, 3-cü km, ev 24 ünvanında yerləşən 704 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqları Talıbova Bahar Vasif qızının adına hüquqi qeydiyyata alınmışdır.

Yəni 7 sot torpaq üzərində ev tikib sərəncam alıblar.

Məhkəmə sənədlərindən görünür ki, Sevil Hacızadəyə məxsus 18 165 saylı bağ sahəsi Seymur Talıbov tərəfindən mişar daşı ilə hasara alınmış ərazinin daxili hissəsində yerləşdiyi, torpaq sahəsinə olan giriş darvazası bağlı olduğundan içəri keçmək mümkün olmadığından və texniki baxış kənardan keçirilmiş və 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən 1865 saylı bağın həmin torpaq sahəsinin daxilində olduğu qeyd olunub. 9 metrlik hasardan içəri hətta ekspertləri və mühəndisləri də buraxmayıblar. Yəni Sevil Hacızadəyə məxsus 12 sot bağ torpağı Qalib Salahzadə tərəfindən Seymur Talıbova satılıb. Bununla bağlı Qalib Salahzadə ilk olaraq Sevil Hacızadəyə dəymiş ziyanı ödəməyə hazır olduğunu, hətta 200 min manat pul verməyə və ya başqa torpaq verəcəyini boyun olsa da sonradan sözündən imtina etmiş, “kimə istəyirsən şikayət elə” cavabını vermişdir.

Reallıq isə odur ki, Bilgəh qəsəbəsində dəniz qırağında 30 min manata 110 sot torpaq sahəsi bələdiyyə tərəfindən Talıbovlara satılıb, yəni dövlətin büdcəsinə həmin pul keçirilib.
Vasif Talıbovun övladları Bilgəhdə 110 sot torpaq alıb
Vasif Talıbovun övladları Bilgəhdə 110 sot torpaq alıb
Vasif Talıbovun övladları Bilgəhdə 110 sot torpaq alıb
Vasif Talıbovun övladları Bilgəhdə 110 sot torpaq alıb