Goranboy icra başçısı Nizaməddin Quliyevin pul yığımı
Tarix: 12-01-2015 13:21
Goranboy Rayon Təhsil Şöbəsində aparılan maliyyə yoxlamaları ilə əlaqədar rayonda fəaliyyət göstərən bütün təhsil müəssisələrindən pul yığılması barədə xəbər vermişdik.
Dünən əldə etdiyimiz son məlumatlara görə, Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin birinci müavini Baxış Abdullayev bütün məktəblərə baş çəkərək direktorlardan maliyyə yoxlamasına gəlmiş şəxsləri razı yola salmaq üçün pul tələb edib: «Baxış Abdullayev bunun başçının tapşırığı olduğunu və hansı direktorun tələb olunan məbləği verməyəcəyi təqdirdə cəzalandırılacağını deyib. O bildirib ki, pul şöbədə həyata keçirilən maliyyə yoxlamaları ilə əlaqədar təmizlik aktı almaq üçündür. Əgər təmizlik aktı alınmasa, rayonun təhsil sistemində mövcud olan maliyyə pozuntuları barədə yuxarılara məlumat çatdırılacaq. Nizaməddin Quliyev isə bundan təşvişə düşüb. Çünki rayonun təhsil şöbəsinə ayrılan vəsaitlərin bir hissəsi başçı tərəfindən mənimsənilib. Buna görə o bərk əl-ayağa düşüb. Məktəb direktorlarından biri isə Baxış Abdullayevə pul veməkdən imtina edib. Nəticədə onların arasında mübahisə baş verib. Hətta Baxış Abdullayev həmin direktora «görəssən sənin başına nə oyun gətirəcəm» deyə acıqlanıb». Məlumatı dəqiqləşdirmək üçün Goranboy Rayon İcra Hakimiyyətinə zəng vursaq da, cavab verən olmadı.(meydaninfo.com)
Seçilmişlər
Ən çox oxunanlar