Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 16:40

Bu gün, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

23-05-2024, 17:06

18-05-2024, 20:26

18-05-2024, 20:23

18-05-2024, 20:20

18-05-2024, 20:16

16-05-2024, 20:13

15-05-2024, 19:45

15-05-2024, 10:47

12-05-2024, 00:24

12-05-2024, 00:21

11-05-2024, 18:19

10-05-2024, 12:49

10-05-2024, 12:46

9-05-2024, 18:01

7-05-2024, 14:34

7-05-2024, 14:31

6-05-2024, 11:18

6-05-2024, 11:16

2-05-2024, 11:15

2-05-2024, 11:05

26-04-2024, 11:01

23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

Qürbətçi Türkmən yazarı Burhan Yaralı ilə yadda qalan görüş

Tarix: 24-05-2023 17:34   

Bu günlərdə “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin və Sumqayıt Şəhər Əli Kərim adına Poeziya Evinin təşkilatçılığı ilə Almaniyada yaşayan Türkmən şairi, “Qürbətçi Türkmən Şair və Yazarlar Birliyinin sədri Burhan Yaralı ilə “Yazarların yaradıcılıq görüşü, türkdilli ölkələrlə ədəbi münasibətlər” adlı görüş keçirildi. Dəyirmi masada iştirak edənlər Vətən yolunda canından keçən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin şagirdi Nərgiz Əkbərli “Qarabağ” şeirini söylədi.

Giriş sözü ilə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin baş məsləhətçisi, “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin rəhbəri, şair Xatirə Fərəcli yazarların bir-biri ilə yaxından tanışlığı və ayrı-ayrı türkdilli ölkələrlə ədəbi münasibətlərin yaradılması məqsədi ilə təşkil olunan dəyirmi masanın rolunun böyük olduğunu, qürbətdə yaşayan şair və yazıçılarla tanışlığın ayrı-ayrı türkdilli xalqlar arasında öz faydasını verəcəyini bildirdi və qürbətçi şair Burhan Yaralını iştirakçılara təqdim etdi. Qürbətçi Türkmən şairi Burhan Yaralı dəyirmi masanın iştirakçılarını salamlayaraq qürbətdə keçirdiyi 30 illik həyat yolundan və yaradıcılığından bəhs etdi, şeirlərindən söylədi.
Ə.Kərim adına Poeziya Evinin direktoru İbrahim İlyaslı türkdilli xalqların ədəbiyyatının öyrənilməsində tərcüməçilərin yetişdirilməsinin vacibliyini qeyd etdi. Türk Ədəbiyyatının təkcə türkdilli xalqlar arasında deyil, həm də dünya miqyasında tanınması məqsədi ilə ədəbi-mədəni əlaqələrin qurulmasının əhəmiyyətindən danışdı.Ədəbi mühitdə tanınan əməkdar jurnalist, yazıçı-publisist Eyruz Məmmədov, jurnalist Aygün Hacıyeva, yazarlardan Əli Bəy Azəri, Süleyman Hüseynov, Giya Paçxataşvili, Xatirə Paçxataşvili, Xəqani Abbasəli Öztürk, Nəsrəddin Məhəmmədoğlu, Cəbrayıl Qənbər, Mədaxil Cavadlı, Nazir Rüstəm, Yaqub Üsuli, Əliyar Mərdiyev, Sehran Allahverdi, Məryəm Aslanqızı, Rəna Təbəssüm, Aygün Fikrətqızı, Ədalət Əroğlu, Vüsal Ağa, Mürvət Əfqanoğlu, Cabir Alpantürk, İmadədin Səlim, Aynur Cəlilova, Səadət Salmanqızı və başqaları öz çıxışlarında türkdilli xalqlarla ədəbi-mədəni əlaqələrin daimi olmasını alqışladılar. Bu məqsədlə keçirilən görüşlərin, aparılan müzakirələrin əhəmiyyətinin böyüklüyünün cərəyan edən ədəbi proseslərə öz müsbət təsirini göstərəcəyini, türkdilli ölkələrlə ədəbi münasibətlərin, əməkdaşlığın genişləndirilərək beynəlxalq aləmdə türk dünyasının ortaq dəyərlərinin tanıdılmasının Türk Ədəbiyyatının dünyaya inteqrasiyasında yazarların öhdəsinə düşən ən böyük vəzifə və məsuliyyətin olduğunu bəyan etdilər.

Türkmən şairi Burhan Yaralı və qiraətçi Nərgiz Əkbərli “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin mükafatı ilə təltif olundu. Dəyərli qələm sahibləri öz kitablarını Burhan Yaralıya təqdim etdilər. Sonda xatirə şəkilləri çəkildi. Dəyirmi masadakı hər bir çıxış və söylənilən şeirlər öz rəngarəngliyi ilə yadda qaldı.

RƏNA TƏBƏSSÜM
AJB-nin üzvü, Yazıçı-publisist,
“Qızıl Qələm” media mükafatı laureatı






{sape_links}{sape_article}