20 yaşlı Sevilin intihar faktı ilə bağlı cinayət işi başlanıldı
Tarix: 22-02-2021 17:14
Bakıda 20 yaşlı qızın intihar faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə GÜNpress.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, S.Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai Rayon prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi başlanılıb.
Baş prokurorluğun mətbuat xidmətindən həmçinin hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirildiyini vurğuladılar.
Seçilmişlər
Ən çox oxunanlar