Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

23-05-2024, 17:06

18-05-2024, 20:26

18-05-2024, 20:23

18-05-2024, 20:20

Evdar qadınların sosial müdafiəsi və yuvenal ədliyyə ilə bağlı təkliflər təqdim edilib - FOTO

Tarix: 03-02-2023 14:21   
Evdar qadınların sosial müdafiəsi və yuvenal ədliyyə ilə bağlı təkliflər təqdim edilib
Azərbaycanda evdar qadınların sosial müdafiəsi ilə əlaqədar siyasətə yenidən baxılmasına və mütərəqqi xarici təcrübənin tətbiqinə ciddi ehtiyac var

“Azərbaycanda evdar qadınların sosial müdafiəsi ilə əlaqədar siyasətə yenidən baxılmasına və mütərəqqi xarici təcrübənin tətbiqinə ciddi ehtiyac var. Bu gün ömrünün nəhsuldar dövrünü evadar qadın kimi keçiən, cəmiyyət üçün övladlar böyüdən qadınlar boşandıqda, yaxud fors-major hallar ilə üzləşdikdə sosial cəhətdən tamamilə müdafiəsiz vəziyyətdə qalırlar. Bir qayda olaraq ailənin mənzili, evi evlilik rəsmiləşənə qədər əldə edilir, yaxud kişinin valideynlərinin sərəncamında olur. Qadın əmlaka iddia edə bilmir, uzun illər evdar qadın kimi fəaliyyəti isə onun əlverişli iş tapmasını çətinləşdirir, pensiyaya çıxdıqda isə yaşa görə yalnız pensiyaya ümid edə bilir. Nikah müqaviləsi bağlanması halları isə çox azdır. Hökumət bu real problemləri nəzərdən keçirməli və çıxış yolları tapmalıdır”.

Bu fikirlər və qeyd edilən problemlərin həlli ilə əlaqədar tövsiyyələr QHT təmsilçiləri, müstəqil ekspertlər, dövlət orqanları nümayəndələrinin iştirakı ilə keçirilən “Azərbaycanda evdar qadınların sosial müdafiəsi problemləri və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa müzakirələrində səsləndirilib.

27 yanvar 2023-cü il tarixdə keçirilən tədbirdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İB İcraçı direktoru Əliməmməd Nuriyev təşkilatın və “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi İB-in Avropa İttifaqı və BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) dəstəyi ilə icra etdiyi “Azərbaycanda uşaqların və həssas qadınların insanhüquqlarının monitorinqi və müdafiəsi” layihəsi barədə məlumat verib.

Layihə əlaqələndiricisi Zaur İbrahimli görülmüş işlərdən söz açıb. Layihə çərçivəsində qadınlara göstərilmiş hüquqi yardım barədə məlumat verib.

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi İB İcraçı direktoru İlyas Səfərli “Şəkidə boşanmış qadınların üzləşdikləri çətinliklər” mövzusunda aparılmış mikrotədqiqatın nəticələrini təqdim edib.

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İB İdarə Heyəti üzvü Rəna Səfərəliyeva “Azərbaycanda evdar qadınların sosial müdafiəsi problemləri və beynəlxalq təcrübənin tətbiqi imkanları” mövzusunda mövqe sənədini təqdim edib.