Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

İlahi həqiqət aşiqi və Aşiqin ilahi həqiqəti...

Tarix: 08-08-2022 13:12   

Mənə görə nümunələr həyat yolunu müəyyənləşdirmək üçün ən vacib məqamlardır. İnsanı hansısa yola dəvət etmək, yaxud hansısa yoldan yayındırmaq üçün mütləq ki, nümunə lazımdır.
Mən vətəni, milləti sevməyi atamdan öyrənmişəm. Atam heç vaxt mənə vətən, millət dərsi keçməyib, heç bu barədə söhbətimiz də olmayıb. Amma məqam gələndə etdiyi seçimlə, getdiyi şəhadət yolu ilə nümunə oldu mənə, bəlkə də çoxlarına...
Kərbəla, Həzrəti Hüseynin şəhadəti də bir nümunədir. Haqq savaşına çıxanlar üçün əsl nümunə elə budur. Vətənini, millətini, dövlətini, dinini, ailəsini, uşağını sevmək, o uğurda canından keçməyi gözə almaq haqq, ədalət, daha dəqiqi - İLAHİ ƏDALƏT uğrunda cihada qalxmaq kimidir. Bəlkə də dünyadakı bütün haqsızlıqlara qarşı savaşanlar İLAHİ ƏDALƏT uğruna aparılan savaşdan ilhamlanıblar, ondan bəhrələniblər.
Həzrəti Hüseyn İLAHİ ƏDALƏT uğrunda savaşıb. Niyyətini, hədəfini də əvvəlcədən bəyan edib: “Mən bu yola pis niyyətlə, fitnә-fәsad törәtmәk, zülm etmək və özünə xoş güzəran qurmaq üçün yox, babamın ümmətini islah etmək, insanları yaxşılıqlara çağırmaq və pisliklərdən çəkindirmək üçün çıxmışam!”, "Mən hakimiyyət üçün hərəkata başlamamışam. Mənim istəyim yalnız İlahi həqiqətləri ölməyə qoymamaqdır", “Ey camaat, hər kim Allahın qanunlarını dəyişdirən, halalı haram, haramı halal elan edən, beytül-malı ürəyi istədiyi kimi xərcləyən, ilahi hüdudları aşan və müsəlmanların qanını axıdan bir hökuməti görüb sakit otursa, Allah onları zalımların məskəni olan cəhənnəmə aparar! Bu vəziyyəti görüb susan şəxs zalımlardan biri sayılır!”.
Həzrəti Hüseyn niyə bu qədər sevilir? Kərbəla müsibəti niyə unudulmur? 14 əsr əvvəl baş verən hadisə insanı niyə bu qədər ağrıdır, ağladır? Heç nə səbəbsiz olmur. Səbəb İLAHİ olanda o sevgi, o sayğı daha da artır. Bəzən ilahi sevgiləri anlatmaq olmur, sözün gücü çatmır. O həqiqətin gücü qarşısında söz acizdir.
Bir şəxs ki, İlahi Həqiqətlər üçün savaşa qalxsın kim onu sevməz?
Bir şəxs ki, sonunda ölüm olduğunu bilə-bilə hədəfindən dönməyə kim ona sayğı duymaz?
Bir şəxs ki, Allahın qoyduğu qanunların əyildiyini görə, susmaya, zalıma beyət etməyi ölümdən betər biabırçılıq hesab edə, kim onun yoluna qurban olmaz?
Bir şəxs ki, özünün, altı aylıq körpəsinin, qardaşının, sirdaşının, ən yaxın dostlarının şəhid olacağını bilə-bilə geri çəkilməyə, kim bu cəsarətə, bu hidayətə, bu əzəmətə baş əyməz?
Bir şəxs ki, Allahın ən sevdiyi qulunun ən sevdiyi ola kim ona beyət eləməz, uğruna ölməz?
“Bizimlə öz qanını bizim yolumuzda axıdıb şəhidlik zirvəzinə ucalmaq istəyənlər gələ bilər, başqa məqsədi olanlar qayıtsınlar. Canından keçməyənlər bizimlə gəlməsin. Bizim qafiləmiz canından keçənlərin qafiləsidir” – deyən birini kim unudar...
“Biz təslim olan deyilik – son damla qanımıza qədər vuruşacağıq!” – deyən birinin qeyrətinə kimin nə sözü olar...
Bunlar Həzrəti Hüseyni sevməyi, onun yoluna beyət etməyi məqbul edən səbəblərdən bir neçəsidir.
Mən, Kərbəla müsibətini illərlə xalqımızın düçar olduğu müsibətlə eyniləşdirirəm. Bütün zalımlar bütün məzlumlar eynidir. Mənə görə, bizim vətən savaşı Hz Hüseynin haqq savaşının davamıdır. Çünki Vətən savaşı İlhahi Həqiqət savaşından bir parşadır. Hüseynin Kərbəla savaşı bütün dünyadakı məzlumların zülmə məruz qalması və şəhadətə qədər gedən bir savaş nümunəsidir. Bəzən insan özündən asılı olmayaraq haqsızlığa, zülmə baş qaldırır, fani dünyanı unudaraq, şəhadətə yürüyür. Məncə, bu, ilahi bir hikmətdir, insanların şüuru altında yatan nümunələrin işə düşməsidir. Bizim genetik şüurumuzda haqsızlığa, ədalətsizliyə, zülmə baş qaldırma nümunələri olmasaydı, işğalla razılaşardıq, dözərdik. Nə yaxşı ki, Kərbəla nümunəsi var, nə yaxşı ki, bizim qanımızda, canımızda, düşüncəmizdə yatan nümunə bizi haqq savaşında qalib elədi.
Bir məsələyə də toxnmaq istərdim. Aşurada niyə ağlayırlar? Bəzən bunu kinayə ilə də vurğulayırlar.
Bu gün Qarabağda şəhid olan tanımadığımız birinin azyaşlı qızını görəndə, onun fəryadını eşidəndə kövrəlmirikmi, ağlamırıqmı, ürəyimiz dağlanmırmı? Təbii ki, ürəyində Allah və insan sevgisi olan hər kəs ağlayır. O zaman Hüseynə, qucağında al qana boyanan altı aylıq oğluna, gözünün önündə atasının başı kəsilən qızına niyə ağlamayaq? Bu müsibət dünyanın harasında olsa, insan oğlu insan ağlamalıdır. Kərbəla hadisəsinin bütün detallarını nəzərə alsaq, hələ belə bir müsibət nümunəsi yoxdur. Kərbəlanın 14 əsr unudulmamasının səbəblərindən biri də budur. Hərə bir cür qəbul edir. Mənə görə, Hz Hüseyn savaşını, Kərbəla müsibətini İlahi özü unutdurmur, qiyamətə qədər də unutdurmayacaq...
Allah bizi haqqı danmayanlardan, zülmə boyun əyməyənlərdən, gərəkdiyində şəhadətə ucalmaq cəsarəti görstərə bilənlərdən qərar versin.
Zaur Əhməd