Ermənistanın təslimçilik sülhünə məcbur edilməsinin detalları müzakirə edilməlidir! - Teyyub Qənioğlu
Tarix: 26-10-2020 19:00
Oktyabrın 29-da Cenevrədə, ATƏT-in Minks Qrupunun həmsədrlərinin iştiraı ilə, gözlənilən danışıqlarda "baza prinsipləri" yox, Ermənistanın təslimçilik sülhünə məcbur edilməsinin detalları müzakirə edilməlidir!
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin işğal altında olan əzəli və əbədi torpaqlarımızı addım-addım, ədədi silsilə ilə azad etdikcə, qaniçən, faşist Ermənistanın xristian, türk düşməni olan himayədarları Azərbaycana həndəsi silsilə ilə təzyiq etməkdədirlər. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərinin 30 ilə yaxın işğal altında saxlanılmasına, işğala məruz qalmış ərazilərdə yaşayan 700 mindən çox, Ermənistanda yaşayann 250 mindən çox yerli türk əhalisinin yurd-yuvasından ermənilər tərəfindən qovularaq etnik təmizləmə aparılmasına, 20 mindən çox vətəndaşımızın işgəncə verilərək öldürülməsinə, Xocalıda ermənilər tərəfindən törədilən soyqrıma göz yuman, ancaq Fransada Peyğənbərimizi (s.ə.s.) təhqir edən bir xristianın öldürülməsini faciəyə çevirərk islam dinini və müsəlmanları təhqir edən, işğala məruz qalmış ərazilərdə mövcud olan bütün tarixi və mədəni abidələrin, istehsal sahələrinin, mülki tikililərin talan edilərək yox edilməsinə, məscidlərimizin dağıdılaraq, təhqir edilərək özlərinə bənzər vəhşilərin məkanına çevrilməsinə seyirçi qaldıqları halda Şuşanın Qazançı kilsəsinin cüzi zədələnməsinə hiddətlənən, Gəncə və digər şəhərlərimizdə, uşaq, yaşlı, qadın olmaqla, yüzlərlə dinc insanların məhv edilməsinə göz yuman, yatan və susan, əslində bundan ləzzət alan (!), başda ATƏT-in bədnam Minsk Qrupu olmaqla, Qərbin xristian "sülh təəssübkeşləri" Azərbaycan ordusunun mənfur düşmən üzərində şanlı qələbələrindən sonra "ayılıblar". Və yenə də, öz ənənəvi mövqelərinə uyğun olaraq mənfur, faşist, qaniçən, insanlara xas olan bütün müsbət keyfiyyətlərdən məhrum, daim başqalarının əlində alət olan, qudurğan erməniləri himayə etməyə, onları labüd məğlubiyyətdən qurtarmağa can atırlar. 30 ilə yaxın baza prinsipləri əsasında "sülh danışıqları aparan", əslində bu müddət ərzində işğalı əbədiləşdirməyə çalışan ATƏT-in üzdəniraq Minks Qrupunun həmsərlərinin yadına yenidən "sülhpərvərlik" düşüb!(?) Həmsədrlər "oktyabrın 29-da Cenevrədə görüşərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün (?) lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün (bərkallah!) Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə (?) uyğun olaraq yenidən bir araya gələcəklərini" bəyan ediblər. Bu həmsədrlər deyəsən 30 ildə olduğu kimi "yenə də yatıblar, dünyadan xəbərləri yoxdur"! Bunların "xəbəri yoxdur" ki, "baza prinsipləri"deyilən bir şey artıq mövcud deyildir! Əvvəllər mövcud olmuş baza prinsiplərinin 3/4-nü Azərbaycan əsgəri artıq yerinə yetirib və qalanlarını da həyata keçirməkdədir! Bunlar qəbul etmək istəmirlər ki, qaniçən ermənilər (eləcə də, özləri!) artıq uduzublar, torpaqlarımızdan rədd olub getməlidirlər! Ona görə də, oktyabrın 29-da Cenevrədə, ATƏT-in Minks Qrupunun həmsədrlərinin iştiraı ilə, gözlənilən danışıqlarda "baza prinsipləri" yox, Ermənistanın təslimçilik sülhünə məcbur edilməsinin detalları müzakirə edilməlidir!
Təkamül Partiyasının sədri Teyyub Qənioğlu
P.S. Ali Baş Komandan İlham Əliyev torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcəyini bir daha bəyan etmiş və ermənilərə mədəni muxtariyyət verilə biləcəyini istisna etməmişdir. Ancaq, nəzərə almaq lazımdır ki, ölkə ərazisində yaşayan azsaylı mədəni topluma mədəni müxtariyyət verilə bilər. Bütün müsbət insanlıq hisslərindən məhrum olan, qudurğanlıq, qaniçənlik, vəhşilik kiçikdən böyüyə qədər genlərinə işləmiş ermənilər mədəni muxtariyyətə də layiq deyillər!
Seçilmişlər
Ən çox oxunanlar